Qismən səfərbərlik elanından sonra rusiyalılar ölkədən qaçır: Bakıya bilet qurtarıb
Qismən səfərbərlik elanından sonra rusiyalılar ölkədən qaçır: Bakıya bilet qurtarıb
Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra Moskvadan Bakıya, İstanbula, İrəvana və giriş üçün viza tələb olunmayan digər qonşu ölkələrin şəhərlərinə ən yaxın birbaşa reyslərin aviabiletləri tükənib.
Bu barədə ölkədəki aviaşirkətlərin və bilet aqreqatorlarının internet saytlarından məlum olur.
Saytlardan belə aydın olur ki, vizasız ölkələrə növbəti birbaşa uçuşlar üçün biletləri cümə günündən tez almaq mümkün deyil.
Xidmətlərdən birinin məlumatına görə, hazırda Moskvadan Bakıya birbaşa uçuş üçün bileti ancaq sentyabrın 23-dən əldə etmək olar və onun qiyməti 74,5 min rubl (təxminən 2 092 manat - red.) təşkil edir. Uçuş "Aeroflot" tərəfindən həyata keçirilir.
"Azərbaycan Hava Yolları"nda isə (Bakı vaxtı ilə saat 13:00-a olan məlumata görə) sentyabrın 22-nə 719 avroya (1214 manat), 24-dən isə 394 avroya (665 manat) biletlər var.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib, müvafiq fərman artıq imzalanıb.
Mənbə: RBK / oxu.az

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu