"Qiymətləndirmə sahəsində ciddi islahatlar aparılmalıdır

"Azərbaycanda qiymətləndirmə sektoru formal olaraq institusional təkamül mərhələsinə daxil olsa da, bu transformasiyanın real bazar davranışına tam sirayət etdiyini demək hələ tezdir".
Bunu azxeber.com-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) üzvü, "PRICE EXPERT" qiymətləndirmə şirkətinin təsisçisi və direktoru Hüseyn Talıbov bildirib.
O qeyd edir ki, uzun illər tətbiq olunan normativ baza müasir iqtisadiyyatın mürəkkəb aktiv strukturunu adekvat əks etdirmirdi: "2015-2022-ci illər ərzində aparılmış müşahidələr göstərir ki, eyni tipli daşınmaz əmlak üzrə fərqli qiymətləndiricilər tərəfindən təqdim olunan hesabatlar arasında 20-35 faiz diapazonunda qiymət fərqləri mövcud olub. Bu isə bazarda həm bank sektorunda risklərin yanlış qiymətləndirilməsinə, həm də investor qərarlarında ciddi sapmalara səbəb olub. Yeni qanunvericilik təşəbbüsü sektorda vahid metodoloji çərçivə yaratmağa çalışsa da, tətbiq mərhələsində problemlər qalmaqdadır. Normativ bazanın təkmilləşdirilməsi vacib addımdır. Lakin əsas məsələ onun icra mexanizmləridir. Hazırda bazarda fəaliyyət göstərən qiymətləndiricilərin təxminən 30-40 faizinin beynəlxalq standartlara (IVS) uyğun tam sertifikasiya və ya davamlı təlim təcrübəsi yoxdur. Bu isə institusional islahatların real effektini məhdudlaşdırır".
Ekspert iki konkret bazar nümunəsini xüsusi vurğulayır: "2021-ci ildə bir sıra kommersiya banklarında girov kimi qəbul edilən daşınmaz əmlakların sonradan satışa çıxarılması zamanı məlum olub ki, ilkin qiymətləndirmə ilə real bazar dəyəri arasında 25 faizə qədər fərq mövcuddur. Bu, problemli kredit portfellərinin artmasına dolayı təsir edən amillərdən biridir. Daha bir nümunə isə bəzi iri aktivlərin (xüsusilə sənaye və qeyri-maddi aktivlər) qiymətləndirilməsi zamanı istifadə olunan metodologiyalar arasında fərqlərlə bağlıdır. Bunun nəticəsində eyni obyekt üzrə 10 milyon manata qədər qiymət fərqləri qeydə alınıb. Bu isə həm özəlləşdirmə, həm də investisiya cəlbi proseslərində etimad riskləri yaradır. Sektorun real transformasiyası üçün yalnız normativ deyil, institusional və texnoloji keyfiyyət tələb olunur".
Onun sözlərinə görə, Azərbaycanda daşınmaz əmlak bazarında illik əməliyyat həcminin təxminən milyardlarla manat olduğu nəzərə alınarsa, açıq məlumat bazasının məhdud olması ciddi sistem boşluğudur: "Bu gün qiymətləndiricilər əsasən parakəndə və qeyri-rəsmi məlumatlara istinad edirlər ki, bu da subyektivlik riskini artırır. Bərabər "oyun qaydaları" hələ tam formalaşmayıb. Bazarda həm qiymət dempinqi, həm də formal hesabat rəyləri halları qalmaqdadır. Əgər nəzarət mexanizmləri yalnız inzibati xarakter daşıyacaqsa, bu, keyfiyyət artımından daha çox bazarın süni daralmasına gətirib çıxaracaq. Bütün bunları nəzərə alaraq sektorun yenilənməsi istiqamətindən strateji addımlar atılmalıdır".
Müsahibimizin fikrincə, növbəti mərhələdə həlledici olacaq əsas istiqamətlər: "Qiymətləndiricilərin müvafiq istiqamətlər üzrə məcburi ixtisaslaşması, peşəkar məsuliyyət sığortasının real tətbiqi və rəqəmsal qiymətləndirmə platformasının qurulması. Bununla yanaşı, beynəlxalq inteqrasiya məsələsi da aktualllığını qorumaqdadır. Qeyri-maddi aktivlərin payının artdığı bir dövrdə yerli metodologiyanın qlobal standartlardan kənarda qalması bazarı avtomatik olaraq qeyri-rəqabətli vəziyyətə salacaq. Qiymətləndirmə sahəsi iqtisadiyyatın "görünməyən infrastrukturu" olaraq qalır, lakin onun keyfiyyəti birbaşa bütün maliyyə sisteminə təsir edir" - müsahibimiz vurğulayır. 
Əlavə edir ki, bu sahədə yarımçıq islahatlar daha təhlükəlidir: "Çünki formal institutlar real etimadı əvəz edə bilməz. Əgər tətbiq mexanizmləri gücləndirilməzsə, yeni qanunvericilik yalnız kağız üzərində modernləşmə effekti yaradacaq. Düzgün icra olunacağı təqdirdə, bu islahatlar Azərbaycan iqtisadiyyatında şəffaflıq, kapitalın effektiv bölgüsü və investor etimadı baxımından keyfiyyətcə yeni mərhələ yarada bilər" - deyə, Talıbov fikrini yekunlaşdırır.

İqtisadiyyat       Tarix: 02 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Bakcell "Asan Könüllüləri"nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR

Bakcell "ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən yay festivalının tərəfdaşı qismində iştirak edib. Festival ölkənin müxtəlif regionlarından 200-dən çox gənci bir aray

Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı

"Azercell Telekom" MMC dünyanın aparıcı kibertəhlükəsizlik təşkilatlarından biri olan "FIRST"ə (Forum of Incident Response and Security Teams) rəsmi üzv qəbul edilib. . Bununla da Azercell, "FIRST"ü

Əmanətlərin Sığortalanması Fondu kompensasiyaları 'AniPay' üzərindən ödəyəcək

Əmanətlərin Sığortalanması Fondu kompensasiyaların "AniPay" üzərindən ödənilməsini planlaşdırır. xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbua

"Media Kuboku-2026' minifutbol turniri başa çatıdı - FOTOLAR

Azərbaycan Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında minifutbol turniri təşkil olunub. Turnir "Avrora Qrup"un baş sponsorluğu, Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Qusar Olimpiy

Ətin qiyməti niyə od tutub yanır?

"Azərbaycanda son illər mal və qoyun ətinin qiymətində müşahidə olunan artımın əsas səbəbi yem çatışmazlığı və heyvan sayının azalmasıdır". Bunu "Bakupost"a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəml

Bir və "UnionPay" tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir

Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödənişlər və elektron ticarət ekosistemi olan Bir, Çinin aparıcı ödəniş sistemi "UnionPay"in beynəlxalq törəmə şirkəti "UnionPay International" ilə stratej

Moody"s" Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqlədi

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings"Kapital Bank-ın Ba2 uzunmüddətli depozit reytinqini, ba3 səviyyəsində əsaskredit qiymətləndirməsini (Baseline Credit Assessment – BCA) və müsbətproqnozunu (Positiv

Quba Palace Hotel-də Hindistan toyu - iki mədəniyyət, bir sevgi hekayəsi - FOTOLAR

Quba Palace Hotel bu günlərdə fərqli mədəniyyətləri bir araya gətirən möhtəşəm beynəlxalq toy mərasiminə ev sahibliyi edir. Üç gün davam edən tədbirdə bəy Hindistandan, gəlin isə Azərbaycandandır. Hindistanın rəngarəng to

Azər Əmirov: Əmanətlər üzrə faiz hədlərinin dəyişdirilməsi gündəmdə deyil

Qorunan əmanətlər üzrə faiz hədləri hazırda milli valyutada 12 faiz, xarici valyutada isə 2,5 faiz həddi qüvvədədir. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin nümayəndəsi Azər Əmirov Fondun Mill


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər az son xeberler bugun 2026 azerbaycan ən son xəbər dunyada son xeberler