Qızılcaya ən həssas qrup bu yaşa qədər olan uşaqlardır

Qızılcaya ən həssas qrup bu yaşa qədər olan uşaqlardır"Qızılcanın hazırkı kəskin artımı labüddür və bunu qorxulu hal kimi dəyərləndirmək düzgün deyil. İstənilən infeksiyanın potensial fəallığını qiymətləndirən 2 əsas əmsalı – yoluxduruculuq qabiliyyəti, ölüm törətmə əmsalı olur".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev deyib. Professor yoluxdurucu qabiliyyətinə görə qızılcanın bütün məlum virus infeksiyaları içərisində birinci olduğunu bildirib: "Yəni bir qızılca xəstəsi 11-18 nəfəri yoluxdura bilər. Halbuki, bu indeks COVID-19, fəsli qrip kimi viruslarda daha aşağıdır. Odur ki, qızılcaya "heç bir vaxt yoluxmamaq" fikri tamamilə yanlış və əsassızdır. Hər bir insan bu infeksiyaya yoluxmalıdır və yoluxur. Bunun üçün xəstə ilə hətta birbaşa kontakt belə lazım deyil. İnsanın olduğu otaqda, ondan 2 saat əvvəl qızılcalı xəstə olubsa, yoluxma qaçılmazdır. Bu səbəbdən xəstəliyin hazırda müşahidə edilən artım tempi təşviş və qorxuya səbəb olacaq müstəsna bir hal kimi təqdim olunmamalıdır".
M.Qəniyev qızılcanın epidemik halının törətdiyi ölüm göstəriciləri haqda danışıb: "Letallıq göstəricisinə görə, qızılcanın kütləvi epidemik halı müşahidə olunan XXI əsrdə törətdiyi ölüm cəmi 0,004-0,28 faizdir. Başqa sözlə desək, bu göstəriciyə görə qızılca, bütün məlum virus infeksiyalarından geridədir, yəni qorxusuzdur. Ölüm nisbəti yalnız parotit (0,006 faiz) və su çiçəyindən (0,0001 faiz) öndədir".
Professor bildirib ki, bəzi həkimlər qızılcaya tutulmuş uşağa ikincili virus infeksiyasının (məsələn, qrip, COVID-19 və digər) yoluxma ehtimalı olduğunu deyirlər. Ancaq bu hal nə nəzəri, nə də praktik olaraq mümkün deyil. Çünki viruslara hüceyrədaxili mühitdə "mütləq konkurent antaqonizm" prinsipi xasdır. Yəni, hüceyrəyə ilkin daxil olmuş virus, digərinin daxil olmasını mütləq şəkildə əngəlləyir. Bu hal "keçid qapısının bloklanması" kimi dəyərləndirilir.
Qızılcaya ən həssas insan qrupunun 4 yaşına qədər uşaqlar olduğunu deyən M.Qəniyev ən etibarlı qorunma vasitəsinin peyvəndləmə olduğunu vurğulayıb: "Dünyada qızılcaya qarşı peyvənd 60 ilə yaxındır istifadə olunur. Bizim ölkəmizdə peyvənd "Azərbaycan Respublikasının Milli peyvənd təqvimi" siyasəti üzrə həyata keçirilir və hazırda tibbi sığortanın xidmətlər zərfinə daxildir. Dünyada 83 faiz uşaq peyvəndin birinci dozasını bir yaşında, 74 faiz uşaq isə ikinci dozasını 6 yaşında qəbul edir. Qızılca zamanı formalaşan təbii immunitet isə, daimi və ömürlükdür. Odur ki, təkrar ağır xəstələnmə riski sıfır faizdir".
Bu gün uşaqların həyatı üçün heç bir xüsusi qorxu və təhlükə olmadığını söyləyən ATU-nun kafedra müdiri, bununla yanaşı, qorunma tədbirləri, ilk növbədə peyvənd olunmanın zəruriliyini önə çəkib. Onun sözlərinə görə, kənar şəxslərin uşaqların üzündən öpməsinə, onlara nəfəs verilməsinə, eləcə də digər qeyri-gigiyenik prosedurlara qətiyyən yol verilməməlidir.

Sağlamlıq       Tarix: 04 dekabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər xeber az cəbhədən xəbərlər xeber.az son xeberler