Qlobal müharibələr qlobal inqilablar gətirir: Yeni inqilablara hazırıqmı? - "American Thinker"-in TƏHLİLİ

Qlobal müharibələr qlobal inqilablar gətirir: Yeni inqilablara hazırıqmı? - Tarixin bir neçə mühüm dərsi var. Bu dərslər o qədər açıqdır ki, onlara təkrar-təkrar məhəl qoyulmadığını görmək üzücüdür. Məsələn, Qışda heç vaxt Rusiyaya hücum etməyin, Asiyada heç vaxt quru müharibəsinə qarışmayın və s. Ümumiyyətlə, qlobal inqilaba hazır deyilsinizsə, heç vaxt qlobal müharibəyə aparan yola çıxmayın.
Biz insanlar qəribə məxluqlarıq. Əla duyğu qavrayış vasitələrimiz var. Lakin biz çox vaxt yöndəmsiz şəkildə kərpic divara çırpılırıq. Çünki biz yeriyəndə sadəcə irəliyə baxmırıq. Tarix hər zaman təkrarlanır. Hansısa problemin gələcəyini proqnozlaşdırmaq olar. Lakin öncə anoloji hadisənin keçmişinə baxmaq lazımdır.
Çox təəssüf ki, hər dəfə bu dəmir məntiqi unuduruq. Məhz buna görədir ki, indi ABŞ başda olmaqla Qərbin Rusiya və Çinlə qarşıdurmaya girdiyi bir vaxtda biz yenə növbəti qlobal müharibənin astanasındayıq (Görünür, Birinci və İkinci Dünya müharibələri kifayət qədər dağıdıcı olmayıb). İstər-istəməz fikirləşirəm ki, bəzi ölkələr birdən-birə öz qəbirlərini öz əlləri ilə qazmağa qərar veriblər.
Yada salaq ki, qlobal müharibələr, bir qayda olaraq, "əvvəlki" tarixi "sonrakı" tarixdən ayıran parlaq əlamətlərə malikdir. Cəmiyyətlər dəyişir. Yeni ideyalar birinci gəlir. İqtisadiyyatlar çevrilir. İnanılmaz nisbətdə bədbəxtlik və qəddarlıq daşıyan köhnə, kök salmış əmrlərə qarşı iğtişaşlar həmişə yüksəlir.
XVIII əsrin ortalarında "Yeddiillik müharibə"də İngiltərə və Fransa qlobal hökmranlıq üçün bir-birləri ilə vuruşduqları halda, Amerika koloniyaları Fransa və Hindistan müharibəsində çiyin-çiyinə vuruşaraq tədricən öz milli kimliklərini "saxtalaşdırdılar". Beləliklə, ingilislər sonradan öz "itaətkar" amerikalı təbəələrindən 10 il davam edən silahlı münaqişə nəticəsində yığılmış borcları ödəmək üçün lazım olan yeni vergiləri toplamağa məcbur etməyə gələndə, çoxdan öz dövlətlərini idarə etməyə vərdiş etmiş kolonistləri gördülər. Bax reallıq budur. Qlobal müharibə olmasa idi, "möhür rüsumu" belə qanunu olmazdı. "Nümayəndəlik olmadan vergi yoxdur" ruhunda kolonistlərin heç bir bəyannaməsi olmazdı. "Həyatı, azadlığı və xoşbəxtlik axtarışını" müdafiə edən Müstəqillik Bəyannaməsi olmazdı. Beləcə gözlənilməz nəticələr status-kvoya ağrılı zərbə oldu. Elə deyilmi?
O zaman İngiltərə Şimali Amerikanın çox hissəsini itirsə də, fransız aristokratiyasının taleyi heç gülmədi. Amerika müstəqillik müharibəsi üçün pul ödəməklə Kral XVI Lüdovik ölkəsininin iflasının, Fransa İnqilabının və "Terror Əsri"nin əsasını qoydu. Bu prosesdə itirən Avropa, konkret olaraq İngiltərə və Fransa oldu.
XVIII əsrin iki fövqəldövləti arasındakı müharibə ona gətirib çıxardı ki, onlardan biri öz Amerika müstəmləkələrindən alçaldıcı məğlubiyyət aldı, ikincinin isə hakimiyyətinin başı kəsildi- sözün əsl mənasında!
Yəqin ki, yeddi illik müharibə olmasaydı, on ildən sonra Amerika koloniyalarının müstəqilliyi uğrunda müharibə olmazdı. İki qlobal güc bir-biri ilə müharibə etməsəydi, bəlkə də, Amerika azadlıq qazanmazdı.
Birinci Dünya müharibəsi də qlobal güclər üçün amansız oldu. Uzaq qohumlar – Kayzer II Vilhelm və Çar II Nikolay arasında liderlik uğrunda mübarizə kimi başlayan, Avstriya hersoqu Frans Ferdinandın öldürülməsindən sonra ittifaqlar gücləndikcə görünməmiş qırğına çevrildi və sonda Avropa aristokratik sülalələrinin əksəriyyətinin süqutuna səbəb oldu.
Ona görə də, müharibə böyük dövlətlər üçün çətin sınaqdır. Bəs yeni başlayan müharibədən kimlər məğlub çıxacaq? Cavab üçün tarixə baxın…
"American Thinker", ABŞ . 13 mart 2022.
Tərcümə etdi: Lətif.A /konkret.az

Siyasi       Tarix: 14 mart 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli xeberler az butun xeberler cəbhədən ən son xəbərlər