Qlobal təşəbbüslər ölkəsi - Azərbaycan

Qlobal təşəbbüslər ölkəsi - AzərbaycanDünyada COVID-19-un pandemiya elan edilməsindən ötən müddət ərzində Azərbaycan dövləti tərəfindən vəziyyət ciddi nəzarətə götürülüb, ölkəmizdə infeksiya ilə mübarizə sahəsində sistemli işlər aparılıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələlər uğurla gerçəkləşdirilib. Bütün bunlarla bərabər, postpandemiya dövrü ilə bağlı da önəmli qərarlar qəbul edilib. Koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən sistemli layihələr, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr qazanılıb.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də forumun açılış mərasimindəki çıxışında bu məqama xüsusi toxunaraq, qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri ilə 2021-ci ildə keçiriləcək illik Qlobal Bakı Forumunu müzakirə edəndə burada - Bakıda belə geniş təqdimatların olacağını heç kim təsəvvürə gətirə bilməzdi. Çünki virus şiddətlə yayılırdı və qapanmaların miqyası getdikcə genişlənirdi. İndiki tədbirin bu şəkildə keçirilməsi isə birinci növbədə onu göstərir ki, COVID-19 ilə bağlı vəziyyət getdikcə yaxşılaşır. Digər tərəfdən, bu, tədbirdə iştirak edənlərin forumun fəaliyyətinə, o cümlədən hamımızı narahat edən pandemiya ilə bağlı məsələyə ciddi yanaşılmasını göstərir. Çünki Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib.
Nizami Gəncəvi adına Beynəlxalq Mərkəz Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən 30 sentyabr 2012-ci ildə Gəncə şəhərində keçirilmiş dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirində təsis edilib. Dövlət başçısının dəstəyi ilə Mərkəz öz ətrafında Avropa qitəsindən 25 ölkədən 53, Amerika qitəsindən 2 ölkədən 6, Asiya qitəsindən 12 ölkədən 15, Afrika qitəsindən 4 ölkədən 5 görkəmli şəxsləri, müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçılarını və nüfuzlu beynəlxalq ekspertləri birləşdirir.
Möhtərəm Prezident cənab İlham Əliyevin çıxışında diqqət yönəltdiyi digər bir məsələ Vətən müharibəsi və postmüharibə dövrünün reallıqları ilə bağlı olub: "Forum iştirakçlarına Ermənistanın işğalçılıq siyasəti, "yeni ərazilər uğrunda yeni müharibə" deməklə Azərbaycanın daha çox ərazisini işğal etməklə bağlı hədələməsi faktları ilə bağlı geniş məlumat verən dövlət başçısı diqqəti növbəti dəfə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinin baş verənlərə səssiz qalmasına yönəltdi. Azərbaycan münaqişəni özü həll etməklə həm də 27 ildir ki, kağız üzərində qalmış BMT qətnamələrini icra edib. Doğurdan da Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edərək ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr bundan sonra da kağız üzərində qalacaqdı. Prezidentin münaqişə ilə bağlı təqdim etdiyi təhlil və faktlar beynəlxalq hüququn prinsiplərinin selektiv qaydada tətbiqinin sülh üçün dağıdıcı təhlükə mənbəyi olduğunu sübut edir. Bir daha dövlət başçısı öz çıxışı ilə Azərbaycanın regionda və bütün dünyada sülhün və ədalətin bərqərar olunmasına çalışdığını ortaya qoymuş oldu.
Naftalan şəhər sakini Aynurə Novruzova

Siyasi       Tarix: 10 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

SON DƏQİQƏ! Netanyahu Təhlükəsizlik Şurasını təcili iclasa çağırdı - İrana hücum

ABŞ ilə İran arasında gərginliyin kəskin artması fonunda İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats Milli Təhlükəsizlik Kollecinin kurs məzunlarının buraxılış mərasimində iştiraklarını ləğv ediblər

Ankara sammitində nələr müzakirə olunacaq? – NATO-nun kritik gündəliyi

Türkiyənin paytaxtı Ankara şəhərində NATO dövlət və hökumət başçılarının 36-cı Zirvə Toplantısı öz işinə başlayıb. Sammitdə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları, eləcə də Alyansın yüksək səviyyəli rəsmiləri iştira

Əhmədinejad MOSSAD rəhbəri ilə görüşüb, indi həbsdədir - KİV

İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. KONKRET.azapa-ya istinadla xəbər verir ki, bu barədə "Nyu York Tayms"da dərc olunan yazıd

Ermənistan niyə Azərbaycanla qalib gələ bilməz? - ABŞ mediası

ABŞ-ın nüfuzlu "National İnterest" (The National İnterest) jurnalında təhlükəsizlik məsələləri üzrə analitik Harrison Kassın qələmə aldığı "Ermənistan niyə Azərbaycan ilə hava müharibəsində qalib gələ bilməz?"

Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir

Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq

İlham Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və ölkədə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagir

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

Prezident İlham Əliyev Azərbaycanı istəməyən qüvvələrin heç vaxt əl çəkməyəcəyini deyib və bu mübarizənin daimi olacağını bəyan edib. Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidə

Rusiyadakı azərbaycanlılara BƏD xəbər - Bundan sonra

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin xarici vətəndaşların deportasiya olunmasına əsas verən inzibati xətaların siyahısının genişləndirildiyini açıqlayıb. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsindəki müvafi

Pakistan və Qətər hərəkətə keçdi: ABŞ-la İranı

Pakistan ilə Qətər ABŞ və İranı danışıqlar masasına qaytarmaq üzərində işləyir. xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb. Xatırladaq ki, iyulun 8-nə keçən gecə ABŞ-ın İrana hücumları bərpa olunub. AB


azerbaycan xeberleri son xeberler yeni xeberler enson xeberler ən son xəbərlər bugün futbol xeberleri son xeberler bugun 2026 azerbaycan