Qondarma rejimi təbliğ edən "Johnson & Johnson"ın Azərbaycanda satışa çıxardığı məhsullar - SİYAHI
Qondarma rejimi təbliğ edən "Johnson & Johnson"ın Azərbaycanda satışa çıxardığı məhsullar - SİYAHI
Mərkəzi ABŞ-da yerləşən "Johnson & Johnson" şirkəti rəsmi "Twitter" hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.
Oxu.Az-ın məlumatına əsasən, şirkət paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmanı ortaya qoyub.
Qeyd etmək lazımdır ki, 1886-cı ildə qurulan "Johnson & Johnson" korporasiyası Azərbaycanda da müxtəlif növ gigiyena və sağlamlıq üçün dərman preparatları, həmçinin, məhsullarının satışını həyata keçirir.
Belə ki, "Johnson & Johnson LLC" Azərbaycanda aşağıdakı markaların satışını həyata keçirir:
Dəri üçün olan məhsullar - "Le Petit Marseillais", "Clean & Clear", "Neutrogena Norveç Formulu", "Johnson"s" məhsulları;
O cümlədən, uşaqlar üçün - "Desitin", "Johnsons Baby" məhsulları;
Qadın gigiyenası üçün - "Carefree", O.B. məhsulları;
Ağız boşluğu təmizliyi üçün - "Reach", "Listerine", "Metroqil Denta" məhsulları;
Mədə - bağırsaq preparatları – "İmodium", "Микроклизма Микролакс" məhsulları;
Soyuqdəyməyə və qrip əlehinə - "Geksoral", "Doktor MOM", "Rinza", "Tizin" məhsulları;
Digərləri – "Vizin", "Nikorette" məhsulları.
Şirkət məhsullarının dünya üzrə mənfi imici formalaşıb. Bir çox xarici mənbələrdə şirkət məhsullarının insan sağlamlığına mənfi təsir göstərdiyi qeyd edilib.
2017-ci ildə şirkətə qarşı daimi müştərisi tərəfindən məhkəmə işi başladılıb. Məhkəmə işi sağlamlığının şirkətin məhsullarına görə pozulduğunu deyən zərərçəkənin xeyrinə yekunlaşıb və məhkəməni açan şəxsə şirkət tərəfindən 110 milyon dollar ödənişin edilməsinə dair qərar qəbul edilib.
Həmçinin, "Johnson & Johnson LLC"-nin uşaqlar üçün nəzərdə tutulan məhsullarının xüsusilə təhlükəli olduğu iddia edilir.
Nigar Məmmədova
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR