Qonşusunun evinə gizlincə girmək istəyən gənc qadın dördüncü mərtəbədən YIXILDI - VİDEO
Mingəçevirdə qonşunun evinə icazəsiz keçən qadın oradan yıxılıb. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb. Bəs maraqlıdır həmin qadın niyə qonşunun evinə gizlicə girməyə çalışıb?
KONKRET.az xəbər verir ki, hadisə ilə bağlı Xəzər TV reportaj hazırlayıb.
Bildirilib ki, 27 yaşlı qadın 4-cü mərtəbədən yıxılıb. Sözügedən ünvanda kirayədə yaşayan qadın öz mənzilindən deyil, qonşu mənzilin pəncərəsindən yerə çırpılıb. Bina sakinlərinin sözlərinə görə, 27 yaşlı qadın həmin mənzildə kimsə olmadığı zaman daxil olub. Ev sahibləri 4-cü mərtəbəyə qalxan zaman isə qapının arxadan kilidləndiyinə şahidlik ediblər. Bir qədər sonra isə həmin mənzildən qadının yerə düşdüyü məlum olub.
Hündürlükdən yerə düşərək ağır bədən xəsarətləri alan qadın Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir.
Qonşunun mənzilinə icazəsiz daxil olub, daha sonra həmin evin pəncərəsindən yerə düşən qadının hansı məqsədlə ora girməsini polis əməkdaşları araşdırırlar.
Qeyd edək ki, Rühanə İbişova hadisə baş verən ünvanda 1 ilə yaxındır bir övladı ilə kirayədə yaşayır. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR