Qorbaçovla Yeltsindən Putinə MİRAS... - Noyabra AZ QALDI

Qorbaçovla Yeltsindən Putinə MİRAS... - Noyabra AZ QALDITürkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın bildirib ki, Putin Qərblə yeni böyük anlaşma imzalamaq istəyir.
KONKRET.az xəbər verir ki, Rusiya lideri yeni sənəd üçün əvvəlcə Qorbaçov və Yeltsinin zamanında imzalanan razılaşmalara bir daha baxacaq.
NATO planı
• Qorbaçovun dövründəki (1990) təkliflər NATO-nun şərq istiqamətində genişlənməməsi yönündə idi. Düzü, Putinin indiki dərdi də budur. Yəni Kremlin qarınağrısına səbəb dəyişməz olaraq qalır. Lakin 1990-cı ilin 31 may tarixində Qorbaçov Corc (ata) Buşun təklif etdiyi formulu qəbul edib.
Həmin şərtə görə ABŞ Almaniyanın birləşib NATO-ya üzvlüyünü qəbul edir, əgər ikinci dövlət kollektiv təhlükəsizliyə cavab verərsə. Daha dəqiq desək, sovet ittifaqının təhlükəsizlik ehtiyacları təmin olunmalı idi. Əlqərəz, ermənipərəst Qorbaçov həmin ildə SSRİ-ni dağıtmaq üçün bütün axmaqlıq və qaniçənlikləri (20 Yanvar) törətdi.
• O ki qaldı Boris Yeltsinə, Rusiyada 1993-cü ildəki konstitusion böhran zamanı da Qərb Borisi dəstəkləmişdi. Əvvəlcə onu Rusiyaya gələn demokratiya kimi görürdülər. Lakin sonrakı zəif, inkişafdan uzaq fəaliyyəti də Qərbin ürəyincə idi. Yeltsin SSRİ-nin xarici borclarını bağlamaq, bazar iqtisadiyyatına keçmək üçün Qərbə çox güzəştə getməli olub. Sadə bir nümunə gətirək ki, 7 il ərzində Borislə ABŞ-ın o zamankı lideri Bil Klinton 18 dəfə görüşüb, 56 dəfə telefonla danışıblar. Öz aralarında zarafatlaşdıqları da olub.
Lakin Yeltsinlə ABŞ arasında qıcıq yaradan münasibət NATO ilə bağlı idi. Hətta o, Helsinki danışıqları (1997) zamanı bildirmişdi ki, "tərəfdaşlıq barədə razılaşmaya o vaxt imza ataram ki, sənəddə deyilsin ki, NATO Rusiya ilə məsləhətləşmələr olmadan qərar qəbul etməyəcək". Əsas şərt isə Şimal Alyansının postsovet ölkələri hesabına genişlənməməsi olub. Bunu deyən Yeltsin cümləsini belə yekunlaşdırmışdı: "Bizim o dövlətlərin heç birinə qarşı ərazi iddiamız yoxdur".
Bəs Donetsk və Luqansk?
Vladimir Putin hökuməti Ukraynanın ilhaq olunan ərazilərini orada yaşayanların öz müqəddaratını həll etmək hüququndan istifadə kimi qələmə verib. 2014-cü ildə Maydan hadisələri zamanı, Rusiyayönümlü Yanukoviç "Roşen kralı" Poroşenko tərəfindən devriləndə adıçəkilən ərazilərdəki savaşın səbəbi başqa idi. Rusiya Ukraynadakı təsir güclərini itirmək, bu ölkəni Qərbin nüfuz dairəsinə vermək istəmirdi. İndi də həmin çəkişmədir. Sadəcə, Ukrayna Zelenski rəhbərliyi ilə çoxdan qərbyönümlüləşib. Yoxsa Baltikyanı ölkələr kimi Ukraynada da SSRİ-yə aid bütün heykəllər sökülməzdi. Kreml bunu bilir. Amma indiki canfəşanlığının səbəbi digər narahatlıqdır.
Putin Ukraynanın NATO sıralarına daxil olmasına etiraz edir və buna hüquqi zəmin yaranıb. Çünki Qorbaçov və Yeltsinin dövründə Qərblə əldə olunan razılaşmalara görə NATO şərq sərhədlərini genişləndirməli deyil, alyansa postsovet ölkələrinin üzvlüyünə çalışmamalıdır. Ümumiyyətlə, alyans vacib qərarlarını Rusiya ilə razılaşdırmalıdır. Vəziyyət isə onu deməyə əsas verir ki, tərəflərdən hər biri özünü haqlı sayır.
– O ki qaldı Putinin Qərblə yeni müqavilə istəyinə, diqqətlər noyabr ayına yönəlib. Çünki çox sualın cavabı Balidə keçiriləcək G20 sammitində bəlli ola bilər. Elə Rusiya-Ukrayna savaşının hələ davam edib-etməyəcəyi də orada bilinəcək. Belə ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski bu ilin noyabrında Balidə keçiriləcək G20 sammitində iştirak etməyə razılaşıblar.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 08 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gunun xeberleri haqqinda melumat sonxəbər en sonxeber xeber