Qoruyucu maskalardan düzgün istifadə QAYDALARI
Koronavirusun yayılma təhlükəsini nəzərə alaraq, son gün günlər ərzində Azərbaycanda da qoruyucu maskalardan istifadə edənlərin sayı artıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, belə bir şəraitdə maskalardan istifadə etmək müsbət bir hal olsa da, insanların əksəriyyəti maskalardan düzgün istifadə edə bilmir.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə isə maskalardan istifadə zamanı bir sıra şərtlərə mütləq şəkildə istifadə etmək lazımdır.
Belə ki, ağız və burun maska ilə tam bağlanılmalıdır. Maska taxarkən əmin olmaq lazımdır ki, üzlə maska arasında boşluq qalmayıb. Maskadan istifadə edərkən ona toxunmaq olmaz. Əgər maskaya toxunulacaqsa, onda əllər spirt məhlulu ilə təmizlənməli və ya sabun və su ilə yuyulmalıdır.
Maska nəm olarkən onu yenisi ilə əvəz etmək lazımdır. Tək istifadəlik maskaları yenidən istifadə etmək olmaz. Maska taxmazdan əvvəl əllər spirt məhlulu ilə təmizlənməli, yaxud sabun və su ilə yuyulmalıdır.
Maskalar üzdən ipləri tutaraq çıxarılmalıdır, maskanın ön hissəsinə toxunulmamalıdır. İstifadə edilmiş maska dərhal qapalı zibil qutusuna atılmalıdır. Əllər isə spirt məhlulu ilə təmizlənməli və ya sabun və su ilə yuyulmalıdır.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ