Qurban hekayələri, "yazıq qadın" obrazı Hacıbəylini siyasi məsuliyyətdən AZAD EDƏCƏK? - İLGİNC DETALLAR

Qurban hekayələri, Gültəkin Hacıbəylinin Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində saxlanılması ilə bağlı paylaşımı ilk baxışda insan hüquqları, hüquqi dövlət prinsipləri və Azərbaycan–Türkiyə münasibətləri kontekstində emosional rezonans yaradır. Mətnin tonu dramatikdir, suallar kəskindir, ünvan isə birbaşa Ankaradır. Lakin bu müraciət diqqətlə oxunduqda aydın olur ki, burada hüquqi problemin izahından daha çox siyasi mövqeləndirmə cəhdi mövcuddur.
Əsas məsələ ondan ibarətdir ki, Gültəkin Hacıbəyli öz vəziyyətini sistematik siyasi repressiya kimi təqdim edir, lakin bu təqdimatda bir fundamental boşluq var: keçmiş siyasi fəaliyyətin yaratdığı nəticələr demək olar ki, tamamilə kənarda saxlanılır.
Hüquqi mübahisədən siyasi simvola gedən isterik çaşqınlıq
Hacıbəyli saxlanılmasını "məhkəmə qərarı olmadan faktiki həbs" adlandırır və bunu "siyasi sifariş" kimi izah edir. Halbuki Türkiyə miqrasiya hüququnda "idari gözetim" mexanizmi mövcuddur və bu mexanizm cinayət hüququndakı həbs anlayışı ilə eyni deyil. Bu faktı qəbul etmək onun vəziyyətinin ədalətli olduğu anlamına gəlmir, lakin terminlərin şüurlu şəkildə qarışdırılması oxucuda məqsədli emosional təsir yaradır.Aydın məsələdir ki, emosional, beynəlxalq hüququn əsaslarını bilməyən oxuculara duyğu sömürüsü yapıllr.
Burada hüquqi məsələ siyasi simvola çevrilir: fərdi prosedur ümummilli problem, şəxsi vəziyyət isə "Azərbaycan ictimai rəyinin sarsılması" kimi təqdim olunur. Bu, klassik siyasi kommunikasiya üsuludur – fərdi məsuliyyəti kollektiv travma dili ilə örtmək.
"Mən niyə təhlükəyəm?" sualının cavabsız tərəfi
Müraciətdə ən çox vurğulanan sual budur: "Mən hansı əsasla dövlət təhlükəsizliyi üçün təhdid hesab olunuram?" Bu sual ilk baxışda legitim görünür. Lakin siyasətdə sualın legitimliyi onun kontekstinin tam təqdim olunması ilə ölçülür.
İllər boyu açıq şəkildə:
legitim hakimiyyətin devrilməsinə çağırışlar edən,
inqilabi ritorikadan istifadə edən,
Milli Şura kimi strukturlarda aparıcı siyasi fiqur olan bir şəxsin, yəni Hacıbəylinin sonradan "təhlükə kimi qiymətləndirilməsinə təəccüb etməsi" siyasi baxımdan paradoksaldır.
Dövlətlər siyasi riskləri şəxsi niyyətlərə görə deyil, potensial nəticələrə görə qiymətləndirir. Etdiyi, dediyi, bəyan etdiyi hər addım, cümlə, açıqlama onun dövlətçiliyin sarsılması, nüfuzdan salınmasına yönəldiyi halda ya bilərəkdən görmür, anlamır, ya da həqiqətən çox savadsızdır. Bu reallıqla barışmamaq siyasi romantizmdir, hüquqi arqument deyil.
"Kürü diplomatiyası": ifşa, yoxsa özünü ifşa?
Hacıbəylinin siyasi trayektoriyasında xüsusi yer tutan mövzulardan biri "kürü diplomatiyası"dır. Avropa institutlarını tənqid edən bu çıxışlar Qərb mediasında da geniş yer almışdı. Lakin burada əsas sual ittihamların mövcudluğu yox, bu ittihamların hansı siyasi mövqedən səsləndirildiyidir.
Açıq müsahibələrində lobbiçilik məqsədilə Avropa siyasətçilərinə hədiyyələr aparıldığını etiraf edən bir millət vəkilinin sonradan özünü "tam şəffaf və prinsipial" mövqedə təqdim etməsi ciddi inandırıcılıq problemi yaradır. Siyasi etikada bu, "moral high ground"un itirilməsi deməkdir. Rəqibi vurmaq istəyərkən öz siyasi ayağına atəş açmaq isə strateji korluğun göstəricisidir.
Nəticədə Avropa institutları bu ifşanı sistemli dəyişiklik çağırışı kimi deyil, fərdi narazılıq kimi oxudu və bu "siyasətçiyə" sahiblənilmədi. Bu isə beynəlxalq siyasətdə tez-tez rast gəlinən aqibətdir: sistem özünə təhlükə yaradan fərdi ifşaçıları yox, institusional kompromisləri qoruyur.
Türkiyə və tarixi analoji səhv;
Müraciətdə Türkiyəyə ünvanlanan suallar emosional yük daşıyır və tarixi analoji ilə gücləndirilir. Lakin burada təhlükəli bir xəta var: inzibati saxlanma və deportasiya prosedurunu keçmiş əsrin siyasi repressiyaları ilə eyni tərəziyə qoymaq.
Tarixi repressiyalar güllələnmə, sürgün, total hüquqsuzluq demək idi. Bugünkü vəziyyət isə bütün sərtliyinə baxmayaraq hüquqi prosedurlar çərçivəsində gedən mübahisədir. Bu fərqi görməmək, ya da görüb görməzlikdən gəlmək arqumenti gücləndirmir, əksinə zəiflədir.
Qurban hekayələri, Siyasi davranışın portreti
Bu yazımız psixoloji diaqnoz qoymur, lakin siyasi davranış modelini açıq göstərir:
qurban hekayələrinə meyil,
xarici legitimlikdən asılılıq,
geosiyasi "qiblə"nin tez-tez dəyişməsi,
emosional ritorikanın soyuq beyinlə strateji hesablamanı üstələməsi. Özünə siyasətçi deyən bir şəxsin " bazar alverçisi" isterikasına düşməsi. Bu xüsusiyyətlər uzunmüddətli siyasi etibar yaratmır. Siyasətdə ən böyük problem- təzyiq deyil; öz rolunu və məsuliyyətini düzgün oxuya bilməməkdir.
Nəticə
Gültəkin Hacıbəylinin müraciəti hüquqi suallar doğurur, lakin verdiyi cavablar siyasi baxımdan natamamdır. O, Ankaradan cavab tələb edərkən, cavablandırmalı olduğu sualların böyük hissəsi öz siyasi keçmişinə aiddir.
Siyasət yaddaş tələb edir. Yaddaşı selektiv olan şəxs isə gec-tez keçmişinin kölgəsində qalır. Qurban hekayələri, "yazıq qadın" obrazı müvəqqəti diqqət gətirə bilər, amma siyasi məsuliyyəti əvəz etmir.
Rəsmiyyə Şərifova
KONKRET.az
Yazıda istifadə olunan mənbələr:
European Stability Initiative. (2012). Caviar Diplomacy (Report).
Parliamentary Assembly of the Council of Europe (PACE). (2018). IBAC/Independent report on allegations of corruption within PACE (Report).
AzadlıqRadiosu / RFE/RL. (2015). Gültəkin Hacıbəyli: "Azərbaycan artıq seçimini etməlidir" (Müsahibə).
AzadlıqRadiosu / RFE/RL. (2018). Gültəkin Hacıbəyli: "Mən özüm də Avropadakı dostlarıma iki qutu kürü aparmışam" (Müsahibə).
The Guardian. (2013). Plush hotels and caviar diplomacy: how Azerbaijan"s elite wooed MPs (News report).
Le Monde. (2017). "Diplomatie du caviar": comment l"Azerbaïdjan s"offre l"amitié… (Investigation).
T.C. İçişleri Bakanlığı Göç İdaresi Başkanlığı. (n.d.). Sınır Dışı Etme / İdari gözetim ve itiraz yolu (Rəsmi məlumat).
Qafqazinfo. (2025). Gültəkin Hacıbəyli İstanbuldan açıqlama yaydı… G-82… (Xəbər/sitat).

Siyasi     Baxılıb: 49   Tarix: 20 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

"Avropa Parlamenti və bəzi Avropa qurumları Fransanın təsiri altındadır" - Keçmiş nazir

"Avropa Parlamentinin bu cür bəyanatları nə birincidir, nə də sonuncu". Bunu -a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O vurğulayıb ki, Avropa Parlamenti və bəzi Avropa qurumlar

"Onu təkcə DTX deyil, bütün Azərbaycan xalqı ittiham etməlidir" - Ramiz Mehdiyevlə bağlı sensasion detallar ORTAYA ÇIXDI

1. Etnik separatizm və dini ekstremizm cəhdləri. 1990-2003-cü illərdə "Azərbaycan" qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri işləyərkən müşahidə etdiyim ən ciddi problemlərdən biri regionda zaman-zama

İlham Əliyev Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident İlham Əliyev sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. -un məlumatına görə, mətndə deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, iqtisa

İlham Əliyevin BƏƏ Prezidenti ilə görüşü oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə səfərdədir. xəbər verir ki, dekabrın 17-də Əbu-Dabidə Azərbaycan Respublikasını

Paşinyan Rusiyadan Naxçıvanla bağlı xahiş etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan Azərbaycan və Türkiyəyə aparan dəmir yolu xətlərinin müəyyən hissələrinin bərpasına dəstək göstərməsini xahiş edib. globalinfo-ya istinadən xəbər verir ki, bu barədə "Rİ

Kimlər amnistiya ediləcək? - Deputat açıqladı

Xəbər verdiyimiz kimi, Milli Məclisdə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" parlamentin qərar layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qərar layihəsi bi

Bu, baş versə, Ermənistan Azərbaycana qarşı müharibəyə başlaya bilər - ŞOK DETALLAR

"Paşinyanın hakimiyyətdən getməsi avtomatik olaraq müharibə ehtimalının yüksəlməsi demək deyil, lakin risk faktorlarını böyüdən ssenari yarada bilər. Əgər yeni erməni liderliyi daxili legitimlik qazanmaq üçün revanşis

Mehdiyevlə Kərimlinin "qara qutusu" Bakıya gətirilir

Milli Şuranın üzvü və keçmiş deputat Gültəkin Hacıbəyli Bakıya təhvil verilir. Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib və Azərbaycana deportasiya olunacağı barədə məlumat verib. Sitat: "3 gün öncə saxlanıldığı

Xəzərdəki hədəflərə zərbə endirildi: Bakı savaşın tərəfinə çevrilir? 

ın irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolşla müsahibəni təqdim edir:. – ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner sülh planını müzakirə etmək üçün Berlind


son xeberler yeni xeberler azerbaycan xeberleri xankendi son xeberler bugun 2025 muharibe gunun xeberleri son xeber 2025