Quru sərhədləri açmağa ehtiyac yoxdur, pandemiya bitməyib' - Deputat

Quru sərhədləri açmağa ehtiyac yoxdur, pandemiya bitməyib' - Deputat"Yoluxmanın azalmasına arxayın olub, tez-tələsik quru sərhədləri açmağa ehtiyac yoxdur".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. 
O, qeyd edib ki, bu məsələlərdə Operativ Qərargahın qərarlarını gözləmək lazımdır:
"Bu məsələlərə səlahiyyət sahibi Operativ Qərargahdır. Operativ Qərargah da kifayət qədər peşəkar fəaliyyətini ortaya qoyub. Onun çıxarmış olduğu qərarlar, verdiyi tövsiyələr hər zaman özünü doğruldub. Ona görə də, darıxmadan onun tövsiyəsini və atacağı addımları gözləmək lazımdır". 
Deputatın sözlərinə görə, pandemiya hələ bitmədiyi üçün bu cür qərarlar verərkən diqqətli olmaq lazımdır:
"Pandemiyada hələ də davam edir, yoluxma qalxır-enir. Bu günlərdə yenə də az da olsa, yoluxanların sayı artdı. Ətrafımızda o proseslər gedir, yoluxmaların sayı çoxalır, dünyada hələ qalır, aradan qalxmayıb. Bu məsələdə çox diqqətli olmalıyıq. İndiyədək gətirib bu səviyyəyə çatdırmışıq, yoluxmanın aradan qaldırılması imkanlarına malikik. Amma buna arxayın olub, ehtiyac olmadan tez quru sərhədləri açmağa ehtiyac yoxdur. Mənə elə gəlir ki, bu məsələlər Operativ Qərargah səviyyəsində yüksək peşəkarlıqla təhlil olunur, sonra nəticə çıxarılaraq addımlar atılır. 
Xalqımıza da müraciətim xahişim, tövsiyəm odur ki, Operativ Qərargahın qərarlarına hörmətlə yanaşaq və onu gözləyək". 
F.Ağamalı yeni yayılan meymunçiçəyi virusu haqda danışıb:
"İndi yeni virus yaranıb, şükür ki, bizdə hələ ki, yoxdur. Məndə olan məlumata görə, ətraf dövlətlərdə də yoxdur. Daha çox sıx əlaqədə olduğumuz Türkiyədə də bu yaxınlarda Səhiyyə naziri çıxış etdi, dedi ki, belə bir şey yoxdur. Hər halda gözləyək, ümid edək ki, bizdə yayılmayacaq, bu virusdan uzaq olacağıq".
Aydın Nuri

Sosial       Tarix: 26 may 2022
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


son xeberler yeni xeberler azerbaycan xeberleri xankendi xabar az butun xeberler son xabar