Qurumlar plastik torbaların ödənişli olması ilə bağlı razılığa gəldilər - Layihə Nazirlər Kabinetində
Qurumlar plastik torbaların ödənişli olması ilə bağlı razılığa gəldilər - Layihə Nazirlər Kabinetində
Geniş istifadə olunan plastik torbalardan istifadənin mərhələli şəkildə məhdudlaşdırılması və alternativ materiallardan istifadənin genişləndirilməsi üçün tədbirlər görülür.
Oxu.Az-ın məlumatına görə, bunu YAP-ın qərargahında keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda yüngül çəkili polietilen torbaların dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər aidiyyəti qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib.
M.Babayev bildirib ki, qalınlığı 15-50 mikron olan polietilen torbaların ödənişli olması ilə bağlı sənəd layihəsi isə razılaşdırma mərhələsindədir:
"Plastiklə mübarizə aparmaq hədəf deyil, plastik tullantıların idarə olunması hədəfdir. İndi ətrafımızda istifadə etdiyimiz məmulatlar plastik materiallardır. İstehlakçılara qarşı tədbirlərin görülməsi düzgün deyil, tullantıların düzgün istifadə edilməsi və təkrar emala qaytarılması hədəfdir.
Çalışmalıyıq ki, nə polietilen paketlər, nə plastik butulkalar təbiətə atılsın. Təkrar emal üçün müəssisə yaratmalıyıq. Proses budur və biz bununla məşğul oluruq. Özəl qurumları həvəsləndiririk ki, tullantıların emalı sahəsini yaratsınlar və inkişaf etdirsinlər".
İlhamə Əbülfət /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb