Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR

Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLARRabitəbank filial şəbəkəsini genişləndirərək müştərilərinə daha yaxın olmaq və bank xidmətlərinə əlçatanlığı artırmaq istiqamətində növbəti addım atıb. Bankın sayca 32-ci filialı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "Bakıxanov Mall" ticarət mərkəzində fəaliyyətə başlayıb.
Yeni filialın açılışı Rabitəbankın müştəriyönümlü inkişaf strategiyasının, xidmət keyfiyyətinin yüksəldilməsi və bankçılığın gündəlik həyata daha rahat inteqrasiyası istiqamətində həyata keçirdiyi təşəbbüslərin davamıdır. Paytaxtın aktiv yaşayış və ticarət məkanlarından birində yerləşən filial fərdi müştərilərlə yanaşı, sahibkarlar üçün də geniş maliyyə imkanlarını vahid məkanda birləşdirir.
Müasir bankçılıq konsepsiyasına uyğun qurulan filialda istehlak və biznes kreditləri, əmanətlər, ödəniş kartları, pul köçürmələri, kassa-hesablaşma və valyuta əməliyyatları da daxil olmaqla geniş çeşiddə bank xidmətləri təqdim olunur. Rəqəmsal həllərlə inteqrasiya olunmuş xidmət infrastrukturu, funksional dizayn və rahat xidmət zonaları müştərilərin maliyyə əməliyyatlarını daha sürətli və səmərəli şəkildə həyata keçirməsinə şərait yaradır.
Yeni filialın rəsmi açılış mərasimində Rabitəbankın rəhbər heyəti, yerli sahibkarlar və bank rəsmiləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov bankın inkişaf strategiyasında müştəri məmnuniyyətinin, xidmətlərin əlçatanlığının və rəqəmsal transformasiyanın mühüm yer tutduğunu vurğulayıb:"Rabitəbank olaraq inkişaf strategiyamızda müştərilərimizin dəyişən ehtiyaclarını və gözləntilərini əsas götürürük. "Rabita Mobile", "Rabita Junior" və "Rabita Business" tətbiqləri, eləcə də İnternet Bankçılıq platformamız vasitəsilə rəqəmsal xidmətlərimizi inkişaf etdirərkən, müştərilərimizə daha yaxın olmaq üçün filial şəbəkəmizi də genişləndiririk.
Ötən ilin bu dövründə Xankəndi filialımızın açılışını həyata keçirdik. Qarabağda fəaliyyətə başlamaq Rabitəbank olaraq bizim üçün xüsusi qürur və mənəvi dəyər daşıyırdı. Bu gün isə Dövlət Suverenliyi Günü ərəfəsində Bakıxanov filialımızın açılışını həyata keçirməkdən böyük məmnunluq duyuruq. İnanırıq ki, yeni filialımız müştərilərimiz və sahibkarlarımız üçün yeni imkanlar yaradacaq, tərəfdaşlarımız və səhmdarlarımız üçün əlavə dəyər formalaşdıracaq, ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək. Məqsədimiz rəqəmsal bankçılığın sürətini peşəkar xidmət və fərdi yanaşma ilə birləşdirərək bankçılığı müştərilərimizin gündəlik həyatının daha rahat və əlçatan hissəsinə çevirməkdir".
Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi 132, "Bakıxanov Mall" ticarət mərkəzində yeni filialının fəaliyyətə başlaması ilə Rabitəbank paytaxtın daha bir ərazisində müştərilərinə geniş xidmət imkanları təqdim edir. Yeni filial ərazidə yaşayan sakinlərin gündəlik maliyyə əməliyyatlarını asanlaşdırmaqla yanaşı, yerli sahibkarların bank xidmətlərinə çıxışının genişləndirilməsinə də xidmət edəcək.
Məlumat üçün bildirək ki, "Rabitəbank" ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile", "Rabita Junior" və "Rabita Business" tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLARRabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLARRabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLARRabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLARRabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLARRabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLARRabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLARRabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLARRabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLARRabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR/ azxeber.com

İqtisadiyyat       Tarix: 18 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Birekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələrigenişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını vəəmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib. xəbə

Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?

Bakıda bazarlarda meyvə-tərəvəzin qiyməti artıb. Bahalaşma bölgələrdən də yan keçməyib. Məhsulların alış qiymətinin yüksək olması onların alıcılara da baha təklif edilməsinə səbəb olur. Bazarlarda mövsümi məhsullar bol ols

Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun

Milli Məclis özəl məhkəmə ekspertinin gəlirlərinin vergiyə cəlb edilməsini ilk oxunuşda qəbul edib. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Məhkəmə ekspertizasını

City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda

City Garden Narimanov-da təməldən mənzil satışları davamedir. Bakını coğrafi mərkəzində yerləşən meqa yaşayış kompleksiCity Garden Narimanov-dan sevindirən xəbər var. Alıcıların gözlədiyi təməldən mənzil seçimi artıq mümkündür

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib

Azərbaycan və İndoneziya arasında iqtisadi və investisiya əlaqələrinin inkişafı, institusional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran investisiya istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Azərbayca

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər.az azerbaycanda son xeberler siyaseti xeberler bugun cebheden xeber