Ramazan bayramında bu qidalarla EHTİYATLI OLUN - Əks halda…
Ramazan Bayramı müddətində uzun müddət davam edən orucluqdan sonra şirin və ağır yeməklər tövsiyə edilmkr.
KONKRET.az xəbər verir ki, türkiyəli diyetoloq Özgenaz Kazan bununla bağı xəbərdarlıq edib.
Onun sözlərinə görə, orucdan sonra ağır qidalar metabolizmaya yük sala bilər. Buna görə də bayram günlərində yüngül və balanslı qidalanmaq çox vacibdir.
Nələrə diqqət edilməlidir?
Bayramda şirin qidalar – xüsusilə paxlava və digər yüksək şəkər və yağ tərkibli yeməklər – həddindən artıq istehlak edilərsə, mədə-bağırsaq problemlərinə və qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər.
Bayram süfrəsində yeməyə qaynadılmış yumurta, pendir, tam taxıllı çörək və tərəvəz kimi yüngül qidalarla başlamaq metabolizmanın balansını qorumağa kömək edir.
Metabolizmanı sürətləndirmək üçün bunları edin:
Su istehlakını artırın: Orucluq zamanı azalan maye istehlakını bərpa etmək üçün bol su içmək lazımdır.
Hərəkət edin: Bayramda bol yeməkdən sonra yüngül gəzintilər qan dövranını və həzmi asanlaşdırır.
Şəkəri məhdudlaşdırın: Şirin qidaları az miqdarda istehlak edin və şəkəri alternativlər, məsələn, meyvələrlə əvəz edin.
Bayram süfrələrində nəzarətli qidalanmaq və balansı qorumaq həm sağlamlıq, həm də metabolizmanın normallaşması üçün vacibdir. Ağır yeməklərdən uzaq duraraq və metabolizmanı dəstəkləyən vərdişlərə diqqət yetirərək bayramı sağlam keçirmək mümkündür.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var