Ramiz Mehdiyev vəfat etsə, milyonluq mülkləri kimə qalacaq? - Vəkil açıqladı

Ramiz Mehdiyev vəfat etsə, milyonluq mülkləri kimə qalacaq? - Vəkil açıqladıXəbər verdiyimiz kimi, uzun illər rəhbər vəzifələrdə çalışan, 25 il Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev barsəində 4 aylıq ev dustaqlığı tədbiri seçilib.
Onun ittiham olunduğu maddələr xüsusilə ağır cinayətlər sayılır. Belə ki, R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
Cinayəti sübuta yetiriləcəyi halda Ramiz Mehdiyevin əmlakının müsadirə edilməsi də baş verə bilər, çünki ittiham olunduğu 193-1.3.2-ci maddə əmlakın müsadirəsini də nəzərdə tutur.
Bəs 87 yaşlı Ramiz Mehdiyev vəfat etsə, onun mülklərinin aqibəti necə olacaq?
azxeber.com bu sualla Vəkillər Kollegiyasının üzvü Roman Qaraşova müraciət edib. 
"Əgər şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı leqallaşdırıbsa və daha sonra vəfat edibsə, belə halda həmin əmlakın vərəsəlik qaydasında keçməsi necə tənzimlənir?" sualına vəkil belə cavab verib: 
"Hüquq çox dəqiq prinsipə əsaslanır: vərəsəlik hüququ yalnız qanuni yolla əldə edilmiş əmlaka münasibətdə yaranır. Başqa sözlə, qanunsuz gəlir nə qədər gizlədilsə, investisiya və ya daşınmaz əmlak formasında "rəsmiləşdirilsə" belə, onun mənşəyi qanunsuzdursa — o, hüquqi mənada "miras" deyil.
Mülki Məcəllə aydın şəkildə bildirir ki, vərəsəlik yalnız "ölmüş şəxsin mülkiyyətində olmuş əmlaka" şamil edilir. Amma burada əsas məsələ "mülkiyyət" sözünün qanuni mənşə ilə bağlı olmasıdır. Əgər həmin əmlak cinayət yolu ilə əldə olunub və sonradan "çirkli pulların yuyulması" əməliyyatları ilə leqallaşdırılıbsa, burada artıq mülkiyyət hüququnun legitimliyindən söhbət gedə bilməz.
Cinayət Məcəlləsində bu cür əməl ayrıca cinayət tərkibi kimi tanınır. Yəni, leqallaşdırılmış olsa da, bu əmlakın kökü qanunsuzdur. Hüquq elmi bunu "transformasiya olunmuş cinayət gəliri" adlandırır — yəni, zahirən təmiz görünən, amma mənşəcə cinayət xarakteri daşıyan əmlak.
Belə halda hüquq sadə məntiqə əsaslanır: "Heç kəs özündə olmayan hüququ başqasına verə bilməz".
Əgər şəxs cinayət yolu ilə əldə etdiyi əmlak üzərində qanuni hüquqa malik deyildirsə, bu əmlakın vərəsələrə keçməsi də hüquqi nəticə doğurmur.
Daha konkret desək, vəfat etmiş şəxsin mülkiyyətində bu cür əmlak varsa və hüquq-mühafizə orqanları (məsələn, Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və ya Maliyyə Monitorinq Xidməti) müəyyən edərsə ki, onun mənşəyi cinayətkardır, dövlət həmin əmlakı müsadirə edir. Bu zaman həmin əmlak vərəsəlik predmetindən çıxarılır — yəni, miras əmlaka daxil edilmir və nəticə etibarilə vərəsəlik hüququ bu hissədə yaranmır.
Vərəsələr yalnız qanuni yolla əldə edilmiş, mülkiyyət hüququ təsdiqlənmiş əmlaka vərəsə ola bilərlər. Əgər vərəsəlik prosesi başladıqdan sonra belə dövlət bu əmlakın cinayət mənşəli olduğunu sübuta yetirərsə, vərəsələrə keçmiş paylar belə geri alınır. Bu, hüquq nəzəriyyəsində qanunsuz yolla əldə edilmiş əmlakın dövriyyədən çıxarılması adlanır — yəni, dövlət hüquqi və mənəvi ədaləti bərpa edir.
Ramiz Mehdiyev vəfat etsə, milyonluq mülkləri kimə qalacaq? - Vəkil açıqladıVəkil beynəlxalq təcrübə haqda da danışıb: 
"Beynəlxalq təcrübə də bu yanaşmanı dəstəkləyir. Avropa İnsan Hüquqları Məhkəməsi "Arcuri və digərləri İtaliyaya qarşı" (2001) və "Phillips Birləşmiş Krallığa qarşı" (2001) qərarlarında açıq şəkildə bildirib: cinayət gəlirlərinin müsadirəsi "qanuni mülkiyyətə müdaxilə" deyil, "qanunsuz mülkiyyətin ləğvi"dir. Yəni, burada məqsəd kimisə cəzalandırmaq deyil, ədaləti bərpa etmək və cinayət nəticəsində yaranmış iqtisadi təhrifləri aradan qaldırmaqdır.
Əgər əmlak qanunsuz yolla qazanılıbsa, onu leqallaşdırmaqla "təmizləmək" mümkün deyil — qanunsuz əmlakın mirası yoxdur.
Beləliklə, cinayət yolu ilə əldə edilmiş və sonradan formal leqallaşdırılmış əmlak hüquqi mənada "mülkiyyət" sayılmadığı üçün, onun vərəsəlik qaydasında ötürülməsi qanuni və mənəvi cəhətdən istisna edilir. Əgər belə əmlak vərəsələrə keçibsə, dövlət onun geri qaytarılması (restitusiya) və müsadirə mexanizmlərini tətbiq edə bilər".
Günel Hüseynli

Siyasi       Tarix: 15 oktyabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb


azerbaycan xeberleri yeni xeberler son xeberler idman xeberleri valyuta mezennesi 2026 en son xəbərlər bugün maraqlı xəbərlər