Ramiz Mehdiyevlə Əli Kərimlini birləşdirən "dəyər" - Azərbaycanın ideoloji sərhədi xarici təsirlərdən azad olmalıdır

Ramiz Mehdiyevlə Əli Kərimlini birləşdirən  "XXI əsrdə əsas qarşıdurmalar sivilizasiyalar və ideologiyalar arasında olacaq".
"Sivilizasiyaların toqquşması" nəzəriyyəsinin müəllifi Samuel Hantinqton hesab edirdi ki, gələcəyin savaşları mədəniyyət, dəyərlər və ideologiyalar üzərində qurulacaq.
Onun fikrincə XXI əsrdə silahdan çox, media vasitəsilə təsir, mədəniyyət ixracı, dəyərlərin təbliği və informasiyanın manipulyasiyası
əsas müharibə vasitələrinə çevriləcək.
Bu gün dünyada ideoloji müstələkiçilik dövrüdür. 
Hantinqtonun "Sivilizasiyaların toqquşması" nəzəriyyəsi artıq reallığa çevrilib.
Ramiz Mehdiyevlə Əli Kərimlini birləşdirən Bu gün böyük güclər "ərazi" deyil, beyin və düşüncə məkanı uğrunda mübarizə aparırlar.
Artıq müharibələr təkcə silah və ordularla deyil, ideyalar, mədəniyyət və informasiya vasitəsilə aparılır.
Böyük güclər kiçik ölkələri ələ keçirmək üçün ideologiya yolunu seçirlər - bəzən "demokratiya", bəzən "insan haqları", bəzən isə "mədəni inteqrasiya", bəzən feminizm, bəzən LGBT, bəzən "nowar"çılıq adı altında xalqın düşüncəsini, dəyərlərini və milli kimliyini dəyişdirməyə çalışırlar.
Bu gün dünyada ideoloji müstəmləkəçilik dövrüdür. Bu dövr torpaqları deyil, zehinləri işğal edən bir dövrdür. Kim informasiyanı, mədəniyyəti və ideologiyanı idarə edirsə, dünyanı da o idarə edir.
İdeoloji müstəmləkiçik dövründə Türkiyə modeli:
Türkiyə bu gün dünyada ideoloji savaşların ən ön cəbhəsində dayanan ölkələrdən biridir.
2013-cü ildəki Gezi parkı hadisələrindən başlayaraq dövlətin sütunlarını içəridən sarsıtmaq istəyən "paralel strukturlar", dövlətin içinə sızmış agentlər, radikal müxaliflər, casuslar, xaricdən idarə olunan media şəbəkələri sistemli şəkildə zərərsizləşdirildi.
Yəqin xatırlayırsınız ki, Gezi Parkı hadisələri zahirdə ekoloji etiraz kimi başlayıb, amma qısa zamanda ideoloji və informasiya savaşına çevrildi. O dövrdə daxili radikalların, bəzi müxalif partiyaların, solçu qüvvələrin, xarici agentura şəbəkələrinin və beynəlxalq media qurumlarının dəstəyi ilə "ekoloji aksiya" ən böyük siyasi hərəkata çevrildi. 
Hadisələrin əvvəlində məqsəd sadəcə parkda ağacların kəsilməsinə etiraz idisə, qısa zamanda bütün ölkəni bürüyən xaosa çevrildi. 
Ramiz Mehdiyevlə Əli Kərimlini birləşdirən Xarici fondlar tərəfindən maliyyələşən QHT-lər, beynəlxalq media strukturları və xarici diplomatlarla əlaqədə olan yerli aktivistlər, müxaliflər bu prosesi "diktaturaya qarşı xalq üsyanı" kimi təqdim etməyə başladılar.
Bu, klassik "rəngli inqilab" ssenarisinə uyğun idi - əvvəl ekoloji, sonra siyasi tələblər irəli sürülürdü. Sorosçu gənclər polisin şırnağı qarşısında dünyaya sevgi, havadalarına isə inqilab mesajı verirdilər. 
Gezi hadisələri zamanı Twitter, Facebook və YouTube vasitəsilə saxta məlumatlar, manipulyativ videolar və "polis xalqı öldürür" kimi emosional çağırışlar geniş yayıldı.
Türkiyə hökumətinin o dövrdə apardığı araşdırmalara görə, etirazların ilk 10 günü ərzində paylaşılan tvitlərin yüz minlərlə bot hesab tərəfindən yayıldığı və onların böyük hissəsinin xarici IP ünvanlarından göndərildiyi aşkarlandı. Məqsəd isə aydın idi: Türkiyə cəmiyyətində panika, inamsızlıq və iqtidardan uzaqlaşma hissi yaratmaq və dövləti parçalamaq. 
Türkiyə rəhbərliyi Gezi olaylarından sonra çox yaxşı anladı ki, artıq təhlükə təkcə sərhədlərdən gəlmir — beyinlərdən, mediadan və ideoloji manipulyasiyadan gəlir. Dövlətin təhlükəsizliyini təmin etmək üçün informasiya suverenliyi, milli ideologiyanın qorunması və ideoloji infiltrasiyaya qarşı müqavimət prioritetə çevrildi.
Azərbaycana qarşı yönələn təxribatlar və təhdidlər
Və bu gün elə bir dövrə gəlmişik ki, dünyada elə bir siyasi vəziyyət yaranıb ki, Azərbaycan dövlətinin ideoloji sərhədlərini qorumaq təkcə Dövlətimizin deyil, bütövlükdə hər bir fərdin ən ümdə vəzifələrindən biri olmalıdır.
Ulu öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyası isə dövlətin və hər bir fərdin mənəvi sərhədi və qırmızı xətti olmalıdır olmalıdır.
Hər kəsə bəllidir ki, Azərbaycanda xalq-iqtidar birliyi çox güclüdür. Xalqın ümid yeri hər zaman dövlətimiz və onun Müzəffər Ali Baş Komandanı İlham Əliyevdir. Hətta bu birlik dünyanın bir çox ölkəsinə nümunə sayıla biləcək həddədir. 
Ancaq Ramiz Mehdiyev olayı göstərdi ki, daxildə və xaricdəki anti-Azərbaycan qüvvələr təşkilatlanmaq üçün kiçik bir fürsət, zərrə qədər qığılcım axtarır. Onlar hər zaman ayıq-sayıqdırlar, pusqudadırlar. 
Ramiz Mehdiyevlə Əli Kərimlini birləşdirən Azərbaycanda müxalifət olmağı monopoliyaya alan radikallar son 30 ildə istər Rusiyadan, istər İrandan, istər Qərbdən aldıqları təlimatları Azərbaycan dövlətinə qarşı ən çirkin şəkildə həyata keçirməyə çalışıblar. Arzuları ürəylərində qalsa da, niyyətləri heç vaxt dəyişməyib və bu gün də dəyişmir. 
44 günlük müharibədən əvvəl Əli Kərimlinin sosial media üzərindən "Azərbaycan ordusu hərbi əməliyyat aparmağa qadir deyil" sözləri ilə Ramiz Mehdiyevin "tarixi Zəfərimizi necə qiymətləndirirsiniz" sualına "mən bu haqda danışmaq istəmirəm" cavabı eyni mərkəzlərin beyin məhsulu deyildisə, bəs nə idi?
Ramiz Mehdiyevlə Əli Kərimlini birləşdirən Heç şübhəsiz ki, Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri vəzifəsindən çıxarılmasından keçən 6 il müddətində AXCP-nin bir aksiya, bir mitinq, bir piket keçirməməsi də təsadüfi deyil. Demək ki, beyin mərkəzləri, tezis verənləri, maliyyə mənbələri bir nöqtədən imiş. 
Düşünürəm ki, son günlər baş verən proseslərin fonunda, bizə ən yaxın ölkələrdə belə "5-ci kolon"lara qarşı sərt addımlar atılmağa başlandığı indiki mürəkkəb beynəlxalq situasiyada, daxildəki və xaricdəki anti-Azərbaycan ünsürlərin birləşməyə fürsət axtardığı bir vaxtda Azərbaycan dövləti daha qətiyyətli addımlar atmalıdır. 
Yazının ilk hissəsində qeyd etdiyim Gezi parkı kimi olayların yaşanmaması üçün Azərbaycan da qətiyyətli addımlar atmalı, lazım gələrsə xaricdən maliyyələşən və xarici qüvvələrin əlində alətə çevrilən AXCP, Müsavat kimi partiyaları birdəfəlik siyasi səhnədən silinməkdən belə çəkinməməlidir.
Azərbaycanın ideoloji sərhədi həm də daxili qərarların xarici təsirdən asılı olmaması prinsipidir. Bu prinsipin qorunması isə hər birimizin vətəndaşlıq borcu olmalıdır. 
Hacıbəy Heydərli,
Mətbuat Şurası İdarə Heyətinin üzvü, azxeber.com informasiya portalının baş redaktoru

Siyasi       Tarix: 31 oktyabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə


yeni xeberler son xeberler azerbaycan xeberleri xankendi cebheden xeberler xeberler bu gun sonxeber.az