"Razılaşmaya əsasən sülh sazişi və delimitasiya əldə edəcəyik" - Qriqoryan
"Əsas gündəm Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının müzakirəsi üçün beynəlxalq mexanizm necə yarada biləcəyimizdən ibarət idi".
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində bildirib.
"Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ilk görüşünü dövlət katibi Entoni Blinken təşkil etdi, daha sonra ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan mənimlə Azərbaycan Prezidentinin köməkçisi arasında görüş təşkil etdi və biz burada əsasən bir sıra məsələləri müzakirə etdik. Qarabağ məsələsinə gəlincə, əsas gündəm Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının müzakirəsi üçün beynəlxalq mexanizm necə yarada biləcəyimizdən ibarət idi. Ümid edirik ki, prosesdə biz bu beynəlxalq mexanizmi formalaşdıra biləcəyik ki, Azərbaycanla hüquq və təhlükəsizlik məsələləri ilə bağlı müzakirələr aparmaq imkanı olsun".
Qriqoryan deyib ki, onlar həmçinin qrafiki ilin sonuna qədər müəyyən edilən sülh sazişinin şərtlərini, o cümlədən delimitasiya məsələsini müzakirə ediblər. "Yəni ilin sonuna qədər bizim sülh sazişimiz olmalıdır və bir də var idi ki, ilin sonuna qədər delimitasiya aparılsın, yəni sülh sazişi ilə delimitasiya bir-biri ilə bağlıdır" deyə Qriqoryan bildirib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü