"Referans"ın baş həkimi 32 yaşlı laborant imiş - FOTO
Mediada və sosial şəbəkələrdə "Referans" klinikasında tibbi analiz nəticələrinin digər klinikaların nəticələri ilə üst-üstə düşməməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, əksər özəl xəstəxanalarda çalışan həkimlər öz pasiyentlərini məhz "Referans"a yönəldirlər.
KONKRET.az "Teleqraf"a istinadən xəbər verir ki, ötən il fəaliyyətə başlayan "Referans Naxçıvan" Tibb Mərkəzinin baş həkimi laborantdır. Söhbət 32 yaşlı Variz İsmayılovdan gedir.
"Referans"ın rəsmi saytında bu klinikada çalışan digər həkimlərin təhsil aldığı universitetlər göstərilsə də, Variz İsmayılovla bağlı məlumatlarda onun tibbi təhsilinə aid hər hansı məlumata rast gəlmək mümkün deyil. Belə olan halda laborantın ixtisaslı həkimlərə necə rəhbərlik etdiyi sual olaraq qalır.
Maraq üçün bildirək ki, laborant laboratoriyalarda elmi-texniki tədqiqat və analiz işləri aparan mütəxəssisdir. O, təcrübələr üçün lazımi preparat və avadanlıqları hazırlayır, nümunələri analiz edir, nəticələri qeyd edir və laboratoriya rəhbərinə kömək edir. Bu peşə tibb, kimya, biologiya, fizika və sənaye kimi müxtəlif sahələrdə tələb olunur.
Qeyd edək ki, səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş "Tibb müəssisəsinin rəhbərləri haqqında təlimat"da qeyd edilib ki, tibb müəssisəsinin rəhbəri vəzifəsinə ali tibb təhsili olan (baş direktor və direktor vəzifəsinə əlavə olaraq ali iqtisadi və ya ali hüquq) və ixtisası üzrə ən azı 5 il iş stajı olan şəxs təyin edilir.
"Referans Medical Group"un rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanova məxsus olduğu bildirilir.


Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?