Regionlararası münasibətlərin möhkəmləndirilməsi üçün...' - Overçuk
Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üzrə fəal iş gedir.
Azxeber.com Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Rusiya baş nazirinin müavini Aleksey Overçuk Bakıda "Rusiya-Azərbaycan münasibətlərinin inteqrasiya prosesləri kontekstində müasir vəziyyəti və perspektivləri" adlı konfrans zamanı deyib.
"Nəqliyyat əlaqələrinin açılması üzrə işlər davam edir. Avrasiya məkanından danışarkən beynəlxalq münasibətlər baxımından makroregiondan söhbət gedir. İndi regionlararası münasibətlərin möhkəmləndirilməsi üçün işlər görmək lazımdır" - deyə o bildirib.
A.Overçukun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı formalaşarkən bu struktura regional inteqrasiyaya meyilli olan ölkələr qoşuldu.
"Biz bu gün iqtisadi inteqrasiya yolu ilə addımlayırıq. Biz görürük ki, region vahid istehsal əməkdaşlığının qurulduğu makroregiona çevrilir. Avrasiya İqtisadi İttifaqı ölkələrinin ümumi ÜDM-i 1,3 trilyon dollar, üzv ölkələr arasında ticarət 55 milyard dollar təşkil edib. Yanvar-sentyabr aylarında ticarət 32,7 faiz artıb. Biz pandemiyayaqədərki göstəricilərə çatmışıq və təxminən 10 faiz üstələmişik. Biz öz sərhədlərimizdə sərhəd yoxlamasından başqa bütün yoxlamalardan imtina etmişik", - A.Overçuk bildirib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR