Regionların sürətli inkişafı üçün bütün imkanlar var - ŞƏRH

Regionların sürətli inkişafı üçün bütün imkanlar var - ŞƏRHRegionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
Regionların sosial-iqdisadi inkişafı üçün qəbul edilən qanunlar və onların icrası sosial siyasətin uğurla yerinə yetirilməsinə hesablanıb. Bunun  nəticəsidir ki, əsasən kənd rayonlarında əhalinin məşğulluğunun artırılması üçün dövlət proqramı həyata keçirilib. Özünəməşulluq sahələrinə, ictimai işlərə cəlb olunanlarının sayı artdıqca ölkədə işsizliyin səviyyəsi aşağı düşüb.
Qeyri-neft sektoruna qoyulan investisiyaların böyük bir hissəsi kənd təsərrüfatı sahəsinin payına düşür. Dövlət proqramına uyğun olaraq bu sahədə işləyən, təsərrüfatla məşğul olan hər kəs dövlətin qayğısını duyur, hiss edir. Ayrılan subsidiyalar kənd təsərrüfatı sahəsində çalışan təbəqə üçün əlavə situmul yaradır. Bu sahədə çalışan vətəndaşlar dövlətin hərtərəfli qayğısını daim hiss edirlər. Vətəndaş məmnunluğu da ölkədə aparılan islahatlar nəticəsində mümkün olub.
11 il əvvəl fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi-ASAN xidmətin bu baxımdan xüsusi rolu var. İndi ölkəmizin hər yerini əhatə edən ASAN xidmətdən yararlanan vətəndaşlar istədikləri məsələylə bağlı müraciət edə bilirlər. Keyfiyyətli və operativ xidmətdən hər kəs məmnundur.
Müasir texnologiyaların inkişaf etdiyi, internet resurslarının geniş yayıldığı Azərbaycanda internet istifadəçilərinin sayı artmaqdadır. İndi ən ucqar kəndlərdə belə internet əlçatandır və Azərbaycanda internetdən istifadə tam sərbəstdir. Deməli, vətəndaşların internetdən yararlanması üçün hər cür imkan yaradılıb və insanlar da bundan maksimum istifadə etməyə çalışır.
Regionların sosial-iqdisadi inkişafından söhbət düşəndə ilk olaraq turizm sektorunun yada düşməsi təsadüfi deyil.Turizm ən çox inkişaf etmiş sahədir və geniş coğrafi ərazini əhatə edir. Böyük sərmayə yatırılan turizm sektorunda ciddi layihələr həyata keçirilir. Bu, həm əhalinin məşğulluğuna, həm də bu sektordan istifadə edən insanların rahat istirahətinə hesablanıb. Bununla da hər il yüz minlərlə insana xidmət edən turizm sektoru ildən-ilə böyüyür, inkişaf edir. Dünyanın müxtəlif ölkələrindən Azərbaycana təşrif  buyuran turistlərin də məmnun qaldığı sahə həm də iqtisadiyyatın şaxələnməsinə çox geniş fayda verir.
Sosial-iqtisadi inkişafa təkan verən turizmin bir növü də kənd turizmidir. Regionlarda geniş yayılan bu sahənin inkişafı da diqqətdə saxlanılır və xeyli genişlənib. Hər il  turizm bölgələrinə üz tutan əhalinin müəyyən qismi məhz kənd turizmindən istifadə edir.
Azərbaycanda infrastrukturun yenidən qurulması üçün müxtəlif  dövlət proqramları həyata keçirilib. Yeni yolların çəkilməsi, təmiri, yol ötürücülərinin inşası, körpü tikintisi və digər sahələrdə görülən yüksək səviyyəli işlər regionların inkişafında önəmli rol oynayır. Son iyirmi ildə respublikamızda 19879 km yol yenidən qurulub və ya təmir edilib. Bu müddətdə birinci dərəcəli yolların uzunluğu 938 km-dək artıb. 499 ədəd körpü və yol ötürücüləri, 114 yerüstü və yeraltı piyada keçidləri inşa edilib.
Regionların qazlaşması üçün dövlət proqramları icra edilib. İndi ən ucqar dağ kəndləri belə təbii qazla təmin edilir. Regionlarda içməli su probleminin həlli üçün də layihələr həyata keçirilib. Eyni zamanda əhalinin suvarma suyu ilə təmin edilməsindən ötəri mütəmadi olaraq ya kanallar çəkilir, ya da artezan quyuları istismara verilir.
Kənd təsərrüfatının inkişafı üçün lazım olan inrfastruktur yenidən qurulur. Emal sahələri yaradılır, soyuducu anbarlar inşa edilir, loqistik sistem yaradılır.
Azərbaycanda prioritet sahələrdən ən birincisi isə təhsildir. Xüsusi önəm verilən təhsil sektorunun təkimləşdirilməsi üçün inkişaf etmiş ölkələrin təhsil sistemləri öyrənilir. Hər cür qayğıyla əhatə olunan təhsil sektorunda aparılan islahatlar, görülən işlər, elm ocaqlarının yenidən qurulması gənc nəslin yeni ruhda böyüməsi üçün əlavə stimul verir. Son illər Azərbaycanın müxtəlif şəhər və rayonlarında uşaq bağçalarının və ümumitəhsil məktəblərinin tikintisi üçün dövlət büdcəsindən milyonlarla manat vəsait xərclənib.
Beləlilklə, Azərbaycanda dövlət proqramlarının icra olunduğu müddət ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artm müşahidə edilib. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyon daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülən genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradır.
Vəli Həsənov
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə " Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusuna uyğun olaraq dərc edilir.
Regionların sürətli inkişafı üçün bütün imkanlar var - ŞƏRH

Sosial     Baxılıb: 200   Tarix: 29 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı yenilik

Nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında məlumatın gömrük orqanlarına təqdim edilməsi qaydalarında dəyişiklik edilib.  Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye v

Qızıl almaq istəyənlərə PİS XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. KONKRET.azxəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyər

​"WhatsApp" ödənişli oldu - Məbləğ

"WhatsApp" istifadəçilər üçün yeni ödənişli funksiyanı istifadəyə verib. xəbər verir ki, Meta şirkəti "WhatsApp Plus" adlı abunə paketini test etməyə başlayıb. Məlumata görə, bu paket istifadəçilərə əlav

İranda dollar tarixi rekorda imza atdı

İranın azad bazarında 1 dollar 171 min tümənə qalxıb. xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Məlumata görə, bu gün səhər saatlarında 1 ABŞ dolları 171.00 tümənə satılıb ki, bu da tarixi rekorddur

Goranboyda yeniyetmə qatarın üzərində faciəvi şəkildə öldü

Goranboy rayonunda yeniyetmə elektrik cərəyanı vurması nəticəsində ölüb. xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində, dəmiryol vağzalında baş verib. İlkin ehtimala görə, qatarın üzərinə çıxan 2014-cü il təvəllüdl

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti aprelin 28-i gün ərzində də davam edəcək. xəbər verir ki, bu barədə -ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunu

Heydər Əliyevlə xanımının yeni - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və ailə üzvləri Bakının Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər. -un məlumatına görə, açılışa dövlə

Ağdərədə mina partladı - Xəsarət alan var

İşğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib. xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA

Kartınız təhlükədədir - VACİB XƏBƏRDARLIQ

Rəqəmsal ödənişlərin sürətlə yayılması ilə birlikdə onlayn alış-veriş gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin rahatlıqla yanaşı, bu proses istifadəçilər üçün müəyyən təhlükələri də özü ilə gətirir. Xüsusilə ban


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gune olan xeberler xəbər valyuta məzənnələri xəbərlər.com