Regionun rifahı üçün Azərbaycan və Ermənistanın mümkün qədər tez sülh sazişi bağlamasını dəstəkləyirik
ABŞ Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə hazırdır.
Bunu "Report"un ABŞ-nin Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması istiqamətində səyləri ilə bağlı sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi deyib.
Rəsmi nümayəndə vurğulayıb ki, ABŞ dövlət katibi Antoni Blinken, eləcə də ölkənin bir sıra digər rəsmiləri həm Ermənistan, həm də Azərbaycan hökumətlərində yüksək vəzifəli rəsmilərlə daim təmasdadırlar:
"Ardıcıl olaraq təkrar etdiyimiz kimi, Birləşmiş Ştatlar sülh sazişi bağlamaq üçün çalışan Ermənistan və Azərbaycanı dəstəkləməyə sadiqdir. Ermənistan və Azərbaycan arasında indiyədək əldə edilmiş irəliləyişdən ruhlanırıq və regionun rifahı üçün iki ölkənin mümkün qədər tez sülh sazişi bağlamasını dəstəkləyirik".
Dövlət Departamenti rəsmisi delimitasiya prosesi ilə əlaqədar Bakı və İrəvan arasında əldə olunmuş razılaşmanı da alqışladıqlarını söyləyib:
"Biz Alma-Ata Bəyannaməsinə əsaslanan sərhədlərin delimitasiyası üzrə davamlı irəliləyişi alqışlayırıq. Bu, Ermənistan və Azərbaycan arasında davamlı və layiqli sülh sazişinin bağlanması istiqamətində mühüm addımdır".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs 'Trendyol'da