Rəisinin Moskvaya qəfil səfəri nə ilə bağlıdır? - ƏTRAFLI
İran prezidenti İbrahim Rəisi dekabrın 7-də Moskvaya səfərə gedir.
KONKRET.az xəbər verir ki, səfərin məqsədi Rusiya ilə İran arasında əməkdaşlığın artırılmasıdır. Rəisinin Moskvaya qəfil səfəri nə ilə bağlıdır?
Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq Putin-Rəisi görüşündə qarşılıqlı fəaliyyət üzrə məsləhətləşmələrdən əlavə, bir sıra beynəlxalq məsələlər, xüsusilə Qəzza zolağında baş verən son hadisələr də müzakirə ediləcək.
Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi də danılşıqların mövzusu olacaq. Zəngəzur dəhlizinin açılması müzakirə ediləcək. İran tərəfindən Rəşt-Astara dəmir yolunun Xəzər dənizi sahili boyunca tamamlanması, Xəzər dənizi marşrutunun aktivləşdirilməsi, vahid standarta uyğun çatdırılması da danışıqların əsas predmetidir.
Gündəlikdə Rusiya ilə İran arasında 20 il müddətinə hərbi-texniki və hərbi-siyasi sahədə strateji tərəfdaşlıq haqqında sazişin mətninin yekun işlənməsi də var. Sənədin prezidentlər tərəfindən təsdiqlənəcəyi gözlənilir. Eyni zamanda İranı öz müttəfiqi hesab etdiyi Ermənistanın problemi narahat edir. Amma ermənilərin sürətlə Qərbə doğru meyl etmələri hər iki prezidenti qıcıqlandırır.
Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması planı da Putinlə Rəisinin müzakirə mövzularından biri olacaq.
Vəli Həsənov,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda