Reklamlarda əxlaqsızlığı təbliğ edənlər 500 manat cərimələnəcək - Açıqlama

Reklamlarda əxlaqsızlığı təbliğ edənlər 500 manat cərimələnəcək - AçıqlamaBəzi geyim reklamlarında cəmiyyətin mənəvi dəyərlərinə uyğun olmayan görüntülərdən istifadə edilməsi əxlaqsızlığın təbliği ilə bağlı müzakirələrə səbəb olur. Xüsusilə internetdə və sosial şəbəkələrdə geniş yayılan reklam materiallarında istifadə olunan görüntülərin hansı hallarda qanunvericiliyin tələblərinə zidd hesab edildiyi diqqət çəkir.
Belə reklamlarla bağlı qanunvericilikdə hansı məhdudiyyətlər var və bu cür hallarda məsuliyyət kimə düşür?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında vəkil Mircavid Miriyev bildirib ki, İnzibati Xətalar Məcəlləsinə son dəyişikliyə əsasən, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq edilir.
Vəkilin sözlərinə görə, işin hallarına və pozuntunu törədənin şəxsiyyətinə nəzər yetirilməklə, cərimənin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs də tətbiq oluna bilər:
Qanunvericilikdə bu cür əməllərin təkrar törədilməsinə görə də ayrıca məsuliyyət nəzərdə tutulub.
Belə ki, inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində həmin əməllərin təkrar törədilməsinə görə 1000 manatdan 2000 manatadək məbləğdə cərimə tətbiq edilir.
Təkrar pozuntu hallarında da işin hallarından asılı olaraq bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq oluna bilər.
"İXM-in 510.2-ci maddəsinin hüquqi mahiyyətindən irəli gələrək bu cərimələr təkcə cəmiyyətə hörmətsizlik sayılan jest, hərəkət və görüntüləri edən şəxslərə deyil, eyni zamanda bu paylaşımları reklam üçün istifadə edən və ya başqa formada ictimailəşdirən, kütləvi nümayiş etdirən şəxslərə də şamil edilir.
Bu baxımdan, reklam materiallarında istifadə olunan görüntülərin qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
Çünki internet informasiya ehtiyatlarında və informasiya-telekommunikasiya şəbəkələrində yayımlanan materialların kütləvi nümayiş etdirilməsi də qanunvericilikdə müəyyən edilmiş məsuliyyət çərçivəsinə daxil ola bilər", - deyə vəkil bildirib. / azxeber.com

Sosial       Tarix: 23 sentyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq

Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışı

Hamamda bədbəxt hadisə: 64 yaşlı qadın öldü

Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyan

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. xəbər verir ki, Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncama əsasən, 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdər

Deputat tıxaca görə iclasa gecikdi - "Üzr istəməlidirlər

"İclasa ilk dəfə gecikdiyim üçün üzr istəyirəm, amma şəhərdəki tıxacları hələ də çözə bilməyənlər vətəndaşlardan üzr istəməlidir". "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqlar

Gələn ilin dövlət büdcəsində 3,2 milyard manatlıq kəsir gözlənilir

2027-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir. KONKRET.azbu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumat

Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı

Bağça müəllimlərinin sertifikasiyası bu il noyabrda olacaq. . xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İTV-nin "Pressinq" verilişində jurnalistlərin sualların

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. xəbər verir ki, paylaşımda qeyd olunub:

Kartdan-karta ödənişlərə qarşı təklif - "Bütün mağazalarda kamera olmalıdır

Kartla ödənişlərə tətbiq olunan yeni limitlərə baxmayaraq, bəzi obyektlərdə kartdan-karta ödəniş üsulundan istifadə hələ də davam edir. Belə hallarda bəzi şəxslər bir neçə bank kartından yararlanır, digərləri isə ödənişlər

Bu işlərdə çalışanların ödündə daş yaranır

Oturaq həyat tərzi öd daşına səbəb ola bilər. -a istinadən xəbər verir ki, həkim Olqa Çirkova öd kisəsi daşı xəstəliyinin səbəbləri haqqında danışıb. Həkim Çirkova xatırladıb ki, öd kisəsi qaraciyər tərəfindən istehsal oluna


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun xeberler bugun 2026 cəbhədən görüntüleri xeber