Rəmişin həyat yoldaşı: "Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki..."

Rəmişin həyat yoldaşı: Rəmişin həyat yoldaşı: "Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki..."
"Jurnalistlərə demək istəyirəm ki, Rəmiş yoxdursa, mən də yoxam. Əl çəksinlər məndən, yaşlı adamam, infarkt etməsinlər. Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki, mənim ünvanımı bütün Azərbaycanla bir edirlər?! Mən hamıdan uzaqlaşmışam. Yalandan yazırlar ki, evi 285 min manata satıb. Mənim evim villa deyil, bir şey deyil. Yalandan özlərindən qiymət qoyublar. Bu mənim şəxsi işimdir, heç kimin ixtiyarı yoxdur qarışsın. Xeyir ola, Gülü ilə maraqlanırlar?! Mən sakit həyat yaşamaq istəyirəm. Heç kimim yoxdur. Nə atam var, nə bacım-qardaşım, nə də övladım. Allah kimi mən də təkəm. Məni bu jurnalistlər çox incitdilər, qəlbimə dəydilər. Onsuz da, yaram özümə bəsdir. Niyə yenidən yaralayırlar? Ağlamaqdan sağ gözüm tutulub, görmürdü. Həkimə gedib müalicə aldım".
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rəmişin xanımın Gülü deyib. O, daha sonra əlavə edib.
"Ən böyük arzum tezliklə Rəmişə qovuşmaqdır. Başqa arzum yoxdur. Bu dünyadan doydum daha. Rəmiş rəhmətə gedəndə dövlətimiz məzarlıqda yer ayırdı. Onun yanında da kiçik bir yer var. Mənim də yerim oradır. Dünyamı dəyişəndən sonra orada dəfn olunacağam. Dünən Rəmişin məzarını ziyarət etdim. Sağ olsunlar, gitara ifaçıları gəlib ziyarət ediblər, onu yada salıblar. Əklil də qoyublar. Rəmiş kimi şan-şöhrətli olsunlar. Hər dəqiqə onu yuxuda görmürəm. Bəzən görürəm. Yeri boş qalıb. Rəmişin pal-paltarını ehtiyacı olan insanlara verdim. Hər geyinəndə ona rəhmət oxusunlar. Gitarası, tarı, royalı, üzüyü, saatı isə evimdədir. Heç bir muzeyə verməyəcəyəm. İndi muzey var? Burdan alacaqlar, o yandan gedib satacaqlar. Bir oğul ki, atanı, ananı öldürür, kənara mənim nə etibarım ola bilər?!", - deyə sənətkarın xanımı bildirib.
Gülü xanım dolanışığından da danışıb.
"Camaat necə dolanırsa, mən də elə dolanıram. Hər şeyim var. Şükür Allaha, ac deyiləm. Rəmişin vaxtında nə pal-paltar almışamsa, onu geyinirəm. Bundan sonra heç nə alan deyiləm. 70 yaşım var, kimə qalacaq?! Paltarlarım heç köhnəlmir, səliqəli geyinirəm. Niyam Salaminin yanında restoranda çalışıram. Niyam məni heç yerə buraxmır. Allah ondan kömək olsun. Məni evdən heç kim çıxara bilmirdi, bunu ancaq Niyam bacardı. Mənə bacısı kimi münasibət bəsləyir. İş görməyə də qoymur. Deyir ki, başını qarışdır, yanımda gəz. Niyamdan başqa böyük sənətkarımız Qədir Rüstəmovun ailəsi, İmişlidən Cavid adlı şəxs var ki, mənə dəstək olurlar", - deyə o bildirib. / oxu.az

Şou Biznes       Tarix: 07 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Məşhur aktyor vəfat etdi

ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində məşhur israilli aktyor və pilot Qay Kapulnik həlak olub. Qəza sentyabrın 24-də Kaliforniya ştatının Hesperia şəhərində yerləşən hava limanının yaxınlığında ba

Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR

Özünəməxsusluğu ilə fərqlənən gənc və sevilən  müğənni Zəminə Rəhimova növbəti dəfə tərzi ilə göz oxşayıb. xəbər verir ki, sənətçi milli motivlərlə müasir dəbin sintezindən ibarət yeni fotosessiyasını təqdim edib. Son illərd

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar az siyaseti xeberler bugun son xeberler bugun kriminal xeberler