Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir

Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilirDövlət başçısı İlham Əliyev bu ilin fevral ayında keçirilən "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bu çağırışı etdi ki, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən həmin müşavirədə  Azərbaycanın rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarlar qəbul edildi. Həmçinin dövlət başçısı İlham Əliyevin  27 fevral 2026-cı il tarixli  Sərəncamı ilə "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" təsdiqləndi. Bu sənəd  qarşıdakı üç il ərzində ölkənin texnoloji inkişafını təmin edəcək kompleks tədbirləri və strateji hədəfləri müəyyən edir. Əsas hədəf dövlət idarəetməsinin optimallaşdırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yüksəldilməsi və iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılmasıdır. Eyni zamanda,  Fəaliyyət Planı İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Strategiya, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə uzlaşdırılıb və bu sənədlərdə müəyyən edilmiş məqsədlərin icrasını təmin edən konkret tədbirləri özündə birləşdirir.  Rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritetlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın və rəqəmsal suverenliyin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın yaradılması bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinin və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsinin əsasını təmin edir.
Bu fikirləri azxeber.com-a Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.
Milli Məclisin deputatı vurğulayıb ki, iyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi. İclasda "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları, təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər müzakirə edildi. Rəqəmsal İnkişaf Şurasının sədri Mehriban xanım Əliyeva bildirdi ki, cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirildi və verilən tapşırıqlara əsasən, rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı təsdiqləndi.  Qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsi müəyyən olundu.  Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir. Məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır. Mehriban xanım Əliyeva bu çağırışı da etdi ki, süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir. Eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur. Sirr deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, eyni zamanda, yeni təhlükələr yaradır. Biz yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıyıq.
Vüqar Rəhimzadə qeyd edib ki, atılan bütün addımların əsas məqsədi Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Rəqəmsal İnkişaf Şurasının Sədri Mehriban xanım Əliyeva bildirdi ki, biz  beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır. Rəqəmsal İnkişaf Şurasının ilk iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Fəaliyyət Planının icrası çərçivəsində rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərində görülən işlər barədə məlumat verdi. Bildirdi ki, dövlət qurumları üzrə Yol xəritələrinin hazırlanması, Milli Məlumat Hövzəsinin yaradılması, dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası, "mygov" platformasının genişləndirilməsi, süni intellekt həllərinin tətbiqi və milli kibertəhlükəsizlik infrastrukturunun formalaşdırılması istiqamətində işlər davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov  vurğuladı ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi rəqəmsal transformasiya ardıcıl şəkildə həyata keçirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Şurada müəyyən edilmiş strateji prioritetlərə və verilmiş tapşırıqlara uyğun olaraq müasir qanunvericilik bazasının formalaşdırılması istiqamətində kompleks islahatlar hazırlanır. Bu, postsovet məkanında rəqəmsal ekosistemin inkişafı və tənzimlənməsi istiqamətində həyata keçirilən ən əhatəli və fundamental islahat təşəbbüsüdür.
 Millət vəkili bildirib ki, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icracı çərçivəsində dövlət xidmətlərini vətəndaşlara və bizneslərə daha yaxın etmək, vətəndaş-məmur təmasını minimuma endirmək, proseslərin şəffaflığını və vətəndaş məmnuniyyətini  təmin etmək məqsədilə "mygov" və "mygov biznes" platformaları üzərində işlər davam etdirilir. Belə ki, ayrı-ayrı dövlət qurumlarının fərdi portal və mobil tətbiqləri mərhələli şəkildə vahid ekosistemə inteqrasiya ediləcək ki, bu da xidmət keyfiyyətinin yüksəldilməsinə və istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına xidmət edəcək. Rəqəmsallaşma istiqamətində əsas məqsədlərdən biri tətbiqlərin inteqrasiyası ilə yanaşı, hazırda rəqəmsal olmayan xidmətlərin rəqəmsallaşdırılması və proseslərin optimallaşdırılması ilə bağlıdır. Digər strateji istiqamət innovasiya ekosisteminin maliyyə dayanıqlığının gücləndirilməsi, İKT ixracının artırılması və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsidir. Bu hədəflərə nail olmaq üçün hazırlanmış qanunvericilik paketi Azərbaycanın yaxın illərdə texnoloji inkişafının hüquqi təməlini formalaşdıran ən əhatəli islahatlardan biridir. Qanunvericiliyə təklif edilən dəyişikliklər Azərbaycanın texnoloji inkişafının hüquqi əsaslarını formalaşdıran, 34 qanuna, 9 Prezident Fərmanına və 3 Nazirlər Kabineti qərarına dəyişiklikləri nəzərdə tutan kompleks islahat paketidir. İslahatların əsas məqsədi Azərbaycanı texnologiya şirkətləri, innovativ bizneslər və investorlar üçün regionun ən cəlbedici mərkəzlərindən birinə çevirməkdir.
Vüqar Rəhimzadə qeyd edib ki, kompleks islahat paketi beş əsas istiqaməti əhatə edir. Bunlar hüquqi aydınlığın təmin edilməsi, rəqabətqabiliyyətli fiskal mühitin yaradılması, müasir vençur kapitalı ekosisteminin qurulması, tədqiqat və innovasiyanın təşviqi, istedadların cəlbi və bazara çıxışdır. Fəaliyyət Planının əsas strateji prioritetlərindən biri müasir texnologiyaların, xüsusilə süni intellektin dövlət idarəçiliyinə və cəmiyyət həyatına inteqrasiyasıdır. Bu istiqamətdə yüksəksəviyyəli hesablama infrastrukturunun qurulması, dövlət xidmətlərinin süni intellekt əsaslı həllərlə təkmilləşdirilməsi və süni intellektin milli strateji prioritet kimi inkişaf etdirilməsi nəzərdə tutulur. Digər prioritet rəqəmsal transformasiyanın davamlı və etibarlı şəkildə həyata keçirilməsi üçün kibertəhlükəsizliyin gücləndirilməsidir. Artan rəqəmsallaşma və qlobal kiberhücumlar fonunda məqsəd dövlətin, biznesin və vətəndaşların rəqəmsal mühitdə təhlükəsizliyini təmin edən müasir və dayanıqlı milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasıdır.
Millət vəkili bildirib ki, bütün dövrlər üçün aktuallığını qoruyan əsas məsələlərdən biri kadr hazırlığıdır. Kadr hazırlığı, təbii ki, yüksək təhsillə sıx bağlıdır. Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqətin uğurlu nəticələri bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Ölkənin bütün təhsil müəssisələri vahid təhlükəsiz internet şəbəkəsi ilə təmin edilib. Son beş il ərzində məktəblərə 235 mindən çox kompyuter paylanılıb. Bir kompyuterə düşən şagird sayı 32:1-dən 6:1-ə endirilib. Təhsil müəssisələrində internet qrafiki 4,7 dəfə artaraq saniyədə 47 Gbit-ə çatdırılıb. Attestat, diplom və sertifikatların elektron formatda verilməsinə başlanılıb. Bu addım sənəd əldəetməni sürətləndirir, kağız dövriyyəsini azaldır, saxtalaşdırma risklərini minimuma endirir və beynəlxalq yoxlamanı asanlaşdırır. Növbəti mərhələdə süni intellekt əsasında fərdiləşdirilmiş öyrənmə, müəllimlərin inzibati yükünün azaldılması və şagird nailiyyətlərinin məlumatlara əsaslanan təhlili nəzərdə tutulur. Məqsəd texnologiyanı yalnız idarəetmədə deyil, birbaşa tədris prosesində tətbiq edərək təhsilin keyfiyyətini yüksəltməkdir.
Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə qeyd edib ki, rəqəmsal inkişaf sahəsində strateji baxış, prioritetlər  və icra mexanizmləri vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir.

Siyasi       Tarix: 03 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Prezidentin köməkçisi Azərbaycan-Meksika dostluğundan danışdı

Azərbaycan və Meksika arasında beynəlxalq təşkilatlar çərçivəsində yaxın əməkdaşlıq və sıx tərəfdaşlıq üçün böyük imkanlar var. xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xaric

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov

Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar üçün heç kim şərt qoymur. KONKRET.azxəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, Rusiya danışıqlara açıqdır

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır". Bu sözləri dövlət başçısı sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlər

İlham Əliyev "SABAH.city"nin açılışında - FOTOLAR

Prezident İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib. xəbər verir ki

Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək

Azərbaycanda bir sıra məhsul və xidmət bazarlarının rəqabətli bazar modelinə keçməsi hədəflənir. xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısını

Qarabağa diplomatik səfər və Ermənistanın "suverenlik sınağı"

Bəzən bir diplomatik səfər uzun siyasi bəyanatlardan daha çox həqiqəti üzə çıxarır. Sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri də məhz bel

Lavrov Zarubinə güc tətbiq etdi, bunları dedi

Rusiya xarici işlər naziri Sergey Lavrov BRİKS sammitində jurnalist Pavel Zarubinlə maraqlı dialoqu ilə diqqət çəkib. KONKRET. -a istinadən xəbər verir ki, hadisə Rusiya Prezidenti Vladimir Putinlə Hindistanın Baş nazir

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib. KONKRET.azxəbə

Diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatdı

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfəri başa çatıb. xəbər verir ki, səfərin ikinci günündə diplomatik korpusun nümayəndələri Ağdərə rayonunun Vəngl


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbər azerbaycanda son xeberler sonxeberler cəbhədən ən son xəbər