Rəsmi Bakıdan Fransa və Kanadaya xəbərdarlıq: "Azərbaycan cəmiyyətində etimadınızı itirə bilərsiniz
Rəsmi Bakıdan Fransa və Kanadaya xəbərdarlıq: "Azərbaycan cəmiyyətində etimadınızı itirə bilərsiniz"
Fransa və Kanada Xarici İşlər (XİN) nazirliklərinin rəsmi "Twitter" səhifələrində Azərbaycan tərəfindən üç erməni əsirinin azadlığa buraxılması müsbət addım kimi qiymətləndirilir və digər erməni əsirlərin də azad olunmasına dair çağırış edilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məlumat verib.
O xatırladıb ki, bu, Azərbaycan tərəfindən edilən ilk humanist addım deyil, ölkəmiz hətta hərbi əməliyyatlar davam etdiyi zaman erməni əsirləri qarşı tərəfə təhvil vermişdi.
"Hərbi əməliyyatlar dayandıqdan sonra tərəfimizdən 70-dən artıq erməni əsiri qarşı tərəfə qaytarılıb. Bunun qarşılığında isə Ermənistan, çox çətinliklə əldə olunmuş kövrək sülhə zərbə vuraraq, əməliyyatlar dayandırıldıqdan demək olar ki, 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbçilərini yeridib. Bu hərbçilərin törətdiyi terror aktı nəticəsində dörd nəfər azərbaycanlı hərbçi həlak olub, bir nəfər mülki şəxs isə yaralanıb", - deyə L.Abdullayeva əlavə edib.
XİN rəsmisi Fransa və Kanadanın xarici siyasət qurumunun diqqətinə çatdırıb ki, Ermənistan tərəfi hələ də beynəlxalq humanitar hüquq öhdəliklərini, eləcə də üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir:
"Yəqin ki, Ermənistanın 1991-94-cü illərdə müharibə zamanı itkin düşmüş 4 000-ə yaxın azərbaycanlı barədə məlumatı bu günədək verməməsi, habelə azad olunmuş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların xəritələrini təqdim etməkdən imtina etməsi barədə hər iki ölkənin məlumatı var.
Fransa və Kanada Xarici İşlər Nazirlikləri məsələyə birtərəfli deyil, obyektiv yanaşma nümayiş etdirmək istəyirlərsə, o zaman Ermənistana çağırış edərək beynəlxalq humanitar hüquq öhdəliklərinə riayət etməsini, bölgədə dayanıqlı sülhə əngəl olan fəaliyyət və əməllərdən çəkinməsini tələb edərlər. Əks təqdirdə bu, Azərbaycan cəmiyyətində hər iki ölkəyə olan etimada ciddi zərbə vuracaq". /oxu.az

"Qadın Dəstək Xətti"nə zənglərin sayı iki dəfə artdı
Azərbaycanda pensiyaçıların sayı niyə azalır? - Rəqəmlər açıqlandı
"Qarabağ"ın zədəli futbolçularının son durumu AÇIQLANDI - FOTO
Dünya mətbuatı İlham Əliyevin tarixi çıxışını dərc edir - FOTOLAR
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib
21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı
Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik
Əhmədinecad Mossad-la əməkdaşlıq iddiası ilə həbs edildi
Babək prospektində yanğın başladı – FOTOLAR
Çempionlar Liqası: "Sabah"ın 2-ci təsnifatdakı rəqibi bəlli oldu
Nağdsız ödənişlər artsa da, bankomat növbələri niyə bitmir? – Ekspertlərdən açıqlama
Rusiya bombaladı, 13 yaşlı idmançı öldü
Füzulidə yanğın: əlavə qüvvə cəlb edildi
DÇ-2026-nın bağlanış mərasimində iştirak edəcək məşhurlar müəyyənləşdi - FOTO
Qordon İlham Əliyevlə birgə fotosunu paylaşdı