Rəsmi Moskva: Azərbaycana təzyiq göstərmək faydasızdır

Rəsmi Moskva: Azərbaycana təzyiq göstərmək faydasızdırAzərbaycana təzyiq göstərmək faydasızdır.
KONKRET.az APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
COP29 öncəsi Qərbin Azərbaycana təzyiqi barədə danışan Rusiya XİN sözçüsü qeyd edib ki, iqlim dəyişikliyi qərbli siyasətçilər tərəfindən çox tez-tez siyasi rıçaq kimi istifadə olunur: "Bu, ABŞ-nin klassik taktikasıdır. Hər il növbəti COP konfransı öncəsi Vaşinqton bu tədbirin sədri olan dövlətə təzyiqi arıtırır. Biz bunu 2022-ci ildə Şarm-əl Şeyxdə keçirilən COP öncəsi, ötən il Dubayda keçirilən tərəflərin konfransı zamanı da görmüşdük. İndi də uydurulmuş bəhanə altında COP29-un sədr dövləti Azərbaycana təzyiqin artırıldığını müşahidə edirik. Düşünürəm ki, Azərbaycana təzyiq göstərmək faydasızdır. Azərbaycana müxtəlif məsələlərlə bağlı dəfələrlə təzyiq göstəriblər. Məsələ ondadır ki, söhbət təkcə suveren dövlətə təzyiq göstərməyin yolverilməzliyi barədə prinsipial mövqedən getmir, söhbət ondan gedir ki, bu mövzu Birləşmiş Ştatların özlərinə sərfəli olan qərarların qəbul edilməsi üçün hamının başına vuracağı növbəti siyasi dəyənəyi deyil, real mütəxəssislərin cəlb olunmasını tələb edir".
Onun sözlərinə görə, bu cür saxta xəbərlər iqlim dəyişikliyi ilə bağlı məşhur mövzu ətrafında süni şəkildə ajiotaj yaratmaq üçün istifadə olunur: "Reallıqda Birləşmiş Ştatlar və digər Qərb ölkələri iqlimin maliyyələşdirilməsi üçün yeni kollektiv kəmiyyət məqsədinə dair razılaşmanı, eləcə də karbon vahidləri üçün beynəlxalq bazarın yaradılması üzrə konsensusun əldə edilməsini faktiki şəkildə sabotaj edirlər", deyə Zaxarova yekunlaşdırıb.

Siyasi       Tarix: 10 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar


yeni xeberler azerbaycan xeberleri son xeberler siyaseti xeberler bugun xeberler bugun en son xeberleri cəbhədən son durum