Rəsmi Moskva: 'Burevestnik'in sınaqları Vaşinqtonla münasibətlərə xələl gətirməməlidir
"Burevestnik" raket sınaqları Moskva ilə Vaşinqton arasındakı münasibətlərə heç bir şəkildə xələl gətirməməlidir.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml rəsmisinin sözlərinə görə, onsuz da bu münasibətlər minimal səviyyədədir: "Burada Moskva ilə Vaşinqton arasındakı münasibətləri gərginləşdirə biləcək və ya gərginləşdirəcək heç nə yoxdur, xüsusən də bu münasibətlər minimal səviyyədə olduğundan...".
Peskov raket sınaqlarının Rusiyaya qarşı artan iqtisadi təzyiqə cavab olaraq ABŞ və Avropaya bir siqnal kimi qəbul edilə biləcəyi ilə bağlı suala da cavab verib.
Bildirib ki, Rusiya, xüsusən də Avropada artan militarizm və "daxili isteriya" fonunda öz təhlükəsizliyini gücləndirmək üçün ardıcıl olaraq çalışır.
"Burevestnik" daxil olmaqla, yeni silah sistemlərinin hazırlanması da bu məqsədlə atılmış addımdır. Ölkəmiz üçün təhlükəsizliyin təmin edilməsi, xüsusən də əsasən avropalılar arasında gördüyümüz militarist münasibət fonunda həyati əhəmiyyətli bir məsələdir. Avropalılar daxili isteriya vəziyyətindədirlər – rusofob və aqressiv. Bu fonda Rusiya öz təhlükəsizliyini təmin etmək üçün hər şeyi etməlidir", - Kremlin rəsmi nümayəndəsi yekunlaşdırıb.
apa / azxeber.com

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib