Rəsmi Paris sülhə əngəl olmaq üçün yeni planını işə saldı - AÇIQLAMA

Cənubi Qafqazda yenidən münaqişənin alovlanmasında maraqlı tərəflər var. Bu məsələdə Fransa daha fəaldır və Ermənistana hərbi-siyasi dəstək verməkdə davam edir. Ermənistanın "humanitar böhran" ssenarisinin əsas müəlliflərindən olan Fransa ötən həftə BMT-də Ermənistanın mövqeyini dəstəkləsə də, məqsədinə nail ola bilmədi və Təhlükəsizlik Şurasında heç bir sənəd qəbul edilmədi. Yenidən israr edən Fransa Azərbaycan əleyhinə qətnamə qəbul etmək üçün BMT-yə müraciət edib.
Fransanın "Le Figaro" jurnalının dərc etdiyi yazıya KONKRET.az-da münasibət bildirən Qabil Hüseynli qeyd edib ki, bu, Fransanın aranı qatmaq üçün yeni səyləridir.
Rəsmi Paris sülhə əngəl olmaq üçün yeni planını işə saldı - AÇIQLAMA"Fransa prezidenti BMT-yə yenidən müraciət edib, Azərbaycana qarşı cəza tədbirləri görülməsi ilə bağlı qətnamə təklif etmək niyyətindədir. İndi bu məsələ Bərdə görüşünü müəyyən qədər gecikdirir. Çünki son günə qədər Bərdədə tərəflər arasında görüş olmalı və müəyyən kompromislər baş tutmalıydı. Amma Fransa tərəfinin pozucu hərəkətləri ucbatından Xankəndi separatçıları arasında tərəddüdlər yaranıb və bu səbəbdən də hələ ki, Bərdə görüşünün baş tutması ləngiyir".
Qarabağ separatçılarının Ağdam yolundan yüklərin daşınmasına razılıq verməsini reallıq adlandıran Qabil Hüseynli onların başqa çıxış yollarının qalmadığını bildirib:
"Bu, reallıqdır və Arayik Arutyunyan da bu xətti müdafiə edir. Ağdam – Xankəndi yolu ilə ağır yüklərin daşınmasına razılıq verə biləcəklərini bildiriblər. Amma şərt qoyurlar ki, Laçın yolu da işləməlidir, ərzaq məhsulları Laçın yolundan daşınmalıdır. İddia edirlər ki, bu şərtlər daxilində konsensusa gələ bilərlər".
Dünən hökumətin iclasında Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan tərəfə təkliflər göndərməsilə bağlı açıqlamasına toxunan politoloq həmin təkliflərin nədən ibarət olduğunu təxmin edir:
"Sülh yaratmaq prosesində ən mühüm məsələ sərhədlərin delimitasiyasıdır. Bu məsələ ətrafında fikir mübadiləsi aparılıb, amma son nəticəyə gəlinməyib. Bunun üçünsə hələ uzun zamana ehtiyac var. Kommunikasiyaların açılması məsələsində də müəyyən məsafə qət edilib. Əldə edilən razılaşmalar bir qədər ümidvericidir. Amma Laçın yolu məsələsində Ermənistan yeni təkliflər irəli sürmək istəyir. Onlar hesab edir ki, Laçın yolu daima açıq olmalı və həmin yolda sərhəd-buraxılış məntəqələri qoyulmamalıdır. Üstəlik, Azərbaycan vətəndaşı olmayan şəxslərin Azərbaycana gəlişi zamanı viza sisteminin tətbiq ediləməsi barədə fikirləri də Ermənistanda narahatlıq yaradır. Güman edirəm ki, Laçın yolunun açılması ilə bağlı məsələlər həmin təkliflər sırasında ola bilər".
Qeyd edək ki, yaxın günlərdə Ağdamdan keçən humanitar yolun açılması ilə bağlı razılıq əldə olunub. İlkin razılığa əsasən dərman Ağdamdan gətiriləcək, həmin prosesə paralel olaraq Laçından Ermənistandan göndərilən yüklərin də Xankəndiyə aparılmasına icazə veriləcək.
Yuxarıda deyilənlərdən sonra ABŞ və Rusiya Federasiyasının zəmanəti ilə danışıqlar başlayacaq. Artıq bu məsələdə ABŞ və Rusiya Federasiyası bu məsələdə konsensusa gəlsə də, Fransanın addımı birbaşa həmin ölkələrə yönəlib.
Vəli Həsənov,
KONKRET. az

Siyasi       Tarix: 26 avqust 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi banklar son xeber.az iqtisadiyyat xeberleri bugun en sonxeber