"Restoranlarda eşşək ətindən istifadə olunur" - Mütəxəssisdən şok açıqlama

Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Lent.az-a müsahibə verib.
KONKRET.az həmin müsahibəni təqdim edir:
– Bu gün Azərbaycanda istehsal olunan zavod çörəkləri keyfiyyətcə qənaətbəxşdirmi?
– Bu gün satışda olan çörəklərin əksəriyyəti insan sağlamlığı üçün həddindən artıq təhlükəlidir. Çünki həmin çörəyin hazırlandığı un keyfiyyətli deyil. Elə buna görə də insanların bir qismi çörəkdən imtina edir.
Həmin çörəklər tərkib baxımından sənaye üsulu ilə hazırlanır. Bu baxımdan insanların bu çörəklərdən istifadə etməsini məsləhət görmürəm.
Çörəyin hazırlanmasında sintetik mayalardan istifadə olunur. Bu çörəkləri istehlak etdikdə insanda köp, şişkinlik yaradır və həzm prosesini çətinləşdirir.
Bəzi insanlar həmin çörəkləri almağa məcbur olurlar. Zavod çörəyini qızardıb nəmliyini azaldaraq az miqdarda istifadə etmək olar.
– Marketlərdə satılan, mənşəyi bilinməyən, keyfiyyətsiz qidalar insanları hansı təhlükə ilə üz-üzə qoyur?
– Ölkədə elə marketlər var ki, səhər tezdən həmin marketlərə daxil olduqda insanı pis qoxu vurur. Bəzi market sahibləri enerjiyə qənaət etmək üçün gecədən soyuducuları söndürürlər. Həmin ərzaqlar uzun müddət lazım olan temperaturda yox, daha aşağı temperaturda saxlanılır. Belə olduqda həmin ərzaqların qida dəyəri də aşağı düşür. Xüsusilə zülal tərkibli qidaları normadan aşağı temperaturda saxladıqda onlar təhlükə mənbəyinə çevrilir.
İnsanlar qida seçərkən çox diqqətli olmalıdır. Kənd məhsulu adı altında satılan hər yumurta, qatıq, süd, pendir keyfiyyətli deyil. Məhsulların paketlənməsinə, qablaşdırılmasına, son istifadə tarixinə diqqət etməliyik. Aldığımız məhsul əzilmiş olmamalıdır. Son istifadə tarixi birbaşa məhsulun üzərində olmalıdır. Supermarketlərdə məhsulların üzərinə yapışqanlı kağızları o qədər üst-üstə yapışdırırlar ki, məhsulun ilk tarixi heç bilinmir. Bəzi aidiyyatı qurumlar müxtəlif monitorinqlər aparır. Amma məhəlləarası kiçik marketlər var ki, onlar özbaşınalıq edirlər. Əsasən bu marketlərə ciddi şəkildə nəzarət olunmalıdır.
– Marketlərdə mövsümə uyğun olmayan meyvələrin yüksək qiymətlərlə satıldığını görürük. Sizcə, həmin meyvələrin qiyməti yüksək olduğu qədər keyfiyyəti də yüksəkdir?
– Ümumiyyətlə insanlara mövsümə uyğun olmayan meyvələri istehlak etməyi məsləhət görmürəm. Qışda alçanın, çiyələyin satıldığını görürük. Bu meyvələrdən xüsusilə hamilə qadınlar alır. Çox təəssüflər olsun insanlar bilmir ki, həmin meyvələrin yetişdirilməsi üçün həddindən artıq kimyəvi maddələr, gübrələr və digər müdaxilələr olur. Bu cür yetişmiş çiyələklə təbii şəkildə yetişən çiyələk arasında çox fərq var.
– Restoranlarda vəziyyət qənaətbəxşdirmi?
– Ölkədəki hər restoranda vəziyyət ürəkaçan deyil. İstər bahalı, lüks restoranlarda, istərsə də ucuz restoranlarda ətin keyfiyyətsiz olduğunu, at və ya eşşək ətindən istifadə olunduğunun şahidi oluruq. Bununla bağlı nə qədər tədbir görülsə də yenə də həmin ətlərin restoranlara satıldığını çox yaxşı bilirik. İnsanlar bu gün müasir yeməklərə üstünlük verdiklərinə görə, həmin ətləri müxtəlif souslarla, dadlandırıcılarla insanların gözlərini boyayırlar.
– Küçədə, xüsusilə metrostansiyaların yaxınlığında üstüaçıq qidalar və içkilərin satıldığının şahidi oluruq…
– Çox təəssüflər olsun ki, paytaxtın hər nöqtəsində ucuz qiymətə fiziki çirklənməyə məruz qalan qidalar satılır. Bu baxımdan bu gün gənclər arasında qastritdən əziyyət çəkənlər çoxdur. Keçmişdə 40-50 yaşlı insanların mədəsində problem yarandığının şahidi olurduqsa, indi isə 20 yaşlı gəncin mədəsində problem yarandığını eşidirik.
Ən çox da nar şirələri satılır. Nar çox faydalı meyvədir. Amma küçədə nar şirələrini gigiyenik qaydalara uyğun  şəkildə satmırlar. Narı yumurlar, şirəçəkəni təmizləmirlər, heç bir əlcəkdən istifadə etmirlər. Heç əlini yumağa yer yoxdur. Narın şirəsini çəkib uzun müddət onu plastik qabda saxlayırlar.
– Tez-tez paytaxt ərazisində hər hansı bir dönərxananın bağlandığını müşahidə edirik. Bunlara səbəb isə həmin dönərxanalarda gigiyenik qaydalara riayət olunmaması və yaxud satılan dönərin at və ya eşşək ətindən hazırlanması olub.
Sizcə, bu gün dönərxanalara nəzarət yetəri qədər qənaətbəxşdirmi? Hazırda dönərxanalarda vəziyyət nə yerdədir?
– Qida satılan hər yerdə monitorinqlər aparılır. Amma mütəmadi olaraq aparılmır. 1 manat 50 qəpiyə dönər və ayran satılır. Axı, bu dönər nə dərəcədə keyfiyyətli ola bilər?
Dönəri düzgün şəkildə hazırlayıb bişirmirlər. Tez bir zamanda hazır olsun deyə alovun dərəcəsini artırırlar. Belə olduqda həmin ət də yanır. İnsanlar əsasən toyuq ətindən hazırlanan dönərlərə üstünlük verirlər. Amma həmin toyuq əti həqiqətən də toyuq ətindən hazırlanıbmı?
Dönər ətlərinin hazırlanması ucuz başa gəlsin deyə toyuğun dərisindən və digər atılmalı hissələrindən hazırlayırlar. Həmin dönərdə ət deyilən bir məfhum yoxdur.

Sağlamlıq       Tarix: 22 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

Kennedi ailəsinin gizli faciəsi: Gözəlliyi ilə kral ailəsini heyran edən Rozmariyə niyə "yox edildi"

1938-ci ilin mayında Londondakı Bukingem sarayının möhtəşəm bal zalında 20 yaşlı Rozmari Kennedi ağappaq, zərif libası ilə Böyük Britaniya kralı VI Georq və kraliça Elizabetin qarşısında baş əyərkən hamının diqqətini cəl

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Rənglərin görünməyən təhlükəsi: Uşaqların istifadə etdiyi boyalarda hansı kimyəvi maddələr var?

Uşaqların rəsm çəkməsi onların yaradıcılıq qabiliyyətinin inkişafına müsbət təsir göstərsə də, bu zaman istifadə edilən materialların təhlükəsizliyi də diqqətdən kənarda qalmamalıdır. Xüsusilə su əsaslı boyaların uşaqla

Uşaqlarda bu hal təhlükəlidir - DİQQƏT

Qrip və soyuqdəymə kimi yuxarı tənəffüs yollarının infeksiyaları, xüsusilə uşaqlarda orta qulaq iltihabına səbəb ola bilər. Vaxtında müalicə olunmadıqda isə bu xəstəlik nadir hallarda meningit və beyin absesi kimi ciddi fəsadlarl


son xeberler azerbaycan xeberleri yeni xeberler az xeber ən son xəbərlər bugün kriminal bugun cəbhədən son durum