Robert De Niro keçmiş köməkçisinə 1,2 milyon dollar ödəməli olacaq
Robert De Niro keçmiş köməkçisinə 1,2 milyon dollar ödəməli olacaq
Robert De Nironun "Canal Productions" şirkəti aktyorun keçmiş köməkçisi Qrehem Çeyz Robinsona 1,2 milyon ABŞ dolları (2,04 milyon manat) təzminat ödəməyə məcbur edilib.
Qadın 2008-ci ildə De Nironun şirkətinə işə düzəlib. O, şəxsi köməkçidən şirkətinin istehsal və maliyyə üzrə vitse-prezidenti vəzifəsinə qədər yüksəlib. 2019-cu ildə Robinson "Canal Productions"dan təqaüdə çıxıb. Bundan dərhal sonra şirkət keçmiş işçini vəzifə borcunu yerinə yetirməməkdə ittiham edərək məhkəməyə verib.
Buna cavab olaraq Robinson əks-iddia qaldırıb. Qadının dediyinə görə, De Niro onun haqqında seksist ifadələr işlədib və eyni zamanda vəzifəsində etməməli olduğu işləri də ona tapşırıb. Bundan əlavə, o, maaşının oxşar vəzifələrdə çalışan kişi işçilərindən xeyli az olmasından şikayətlənib.
Məhkəmə aktyoru şəxsən günahkar saymasa da, onun şirkətindən Robinsona təzminat ödəməyi tələb ediblər. Qadın əvvəlcə "Canal Productions"dan 12 milyon dollar tələb etsə də, məhkəmə bu məbləği 10 dəfə azaldıb.
Mənbə: Associated Press / oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

SENSASİYA: Trampla Netanyahu arasındakı "qara pişiyin" kimliyi BƏLLİ OLDU
"Ermənistan artıq hüquqi dövlət deyil" – Qarnik Danielyan
Qvardiola bu ölkəyə "yox" dedi
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 səhv
Amnistiya Təşkilatı Netanyahunun həbsinə çağırdı
Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü
İpoteka, yoxsa daxili kredit? - Mənzil alarkən hansı seçim daha sərfəlidir?
Mərkəzi Bank qiymətli kağızların icarəyə verilməsi əməliyyatının tətbiqinə başlayıb
Azərbaycan banklarının sosial şəbəkələrdəki reytinqi: Kim öndədir, kim geridə? - SİYAHI
İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Dünyadan 48 işıq ili uzaqlıqda tarixi kəşf: Elm dünyasında mühüm irəliləyiş
Hakan Fidan Sibiqa ilə Qara dənizin təhlükəsizliyini müzakirə etdi
Elnur Kərimovu sancan ilan öldü, aktyorun vəziyyəti açıqlandı
Azərbaycan nefti 109 dolları keçdi