Robotlar xərçəng müalicəsində inqilab edəcəklər
Rusiyanın Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin əməkdaşları dezoksiribonuklein turşusunun fraqmentlərindən xərçəngin diaqnostikası və müalicəsi üçün istifadə ediləcək nanorobot yaradıblar.
Milli.Az modern.az-a istinadən bildirir ki, alimlər qüsurlu hüceyrələrin nəzarətsiz çoxalmasının şişlərin inkişafına səbəb olduğunu, paralel olaraq, xərçəng hüceyrəsində genomda dəyişikliklər baş verdiyini xatırladaraq bildiriblər ki, xəstəliklə bağlı olan zülalların hazırlanması prosesi dayandırılarsa, xərçəng hüceyrələri ölməyə başlayacaq, yeni hüceyrələr əmələ gələ bilməyəcək. Rusiya alimlərinin nanorobotu ribonuklein turşusu (RNT) əlaqələrinin parçalanması üçün fermentlərdən istifadə edir. O, iki hissədən ibarətdir: birinci patogen RNT-ni kəsir, ikinci isə zədələnmiş hüceyrələri aşkarlamağa kömək edir.
Nanorobot zədələnmiş RNT-ni qeydə aldıqda kimyəvi reaksiya baş verir və hüceyrə işıqlanmağa başlayır. Bu texnologiyanın əsas üstünlüyü yüksək vəsait tələb etməməsidir. Bildirilir ki, laboratoriya şəraitində nanorobotun yaradılmasının maya dəyəri təxminən 24 ABŞ dolları təşkil edir.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ