Roqozin: İlham Əliyevə rəğbətim var
Roqozin: İlham Əliyevə rəğbətim var
Hazırda Rusiya-Azərbaycan münasibətləri çox stabildir.
"Vestnik Kavkaza" xəbər verir ki, bu sözləri Rusiya Federal Kosmik Agentliyinin rəhbəri Dmitri Roqozin deyib.
"Həm infrastruktur layihələri, həm də karbohidrogenlər üzrə beynəlxalq formatlar çərçivəsində razılaşmalar nöqteyi-nəzərindən siyasi dialoq çox yaxşıdır. Mən özüm də yanvarın sonunda Bakıya gəlmək istəyirəm, çünki Azərbaycan Kosmik Agentliyi ilə razılaşmamız var. Biz bundan sonra da qarşılıqlı fəaliyyətə hazırıq", - Roqozin bildirib.
Kosmik sahədə münasibətlərin inkişafı məsələsinə toxunan Roqozin əməkdaşlığın möhkəmləndirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğunu və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bu məsələləri müzakirə etmək istədiyini vurğulayıb.
Sankt-Peterburqda Rusiya və Azərbaycan Prezidentləri Vladimir Putin və İlham Əliyev arasında keçirilən görüş barədə danışan "Roskosmos" rəhbəri Azərbaycan liderinə səmimi rəğbət bəslədiyini bildirib:
"Bizim İlham Əliyevlə də, yəqin ki, 20 ildir çox yaxın və yaxşı münasibətlərimiz var. Bizim atalarımız dostluq ediblər. Buna görə də ona rəğbətim var". /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı