Röya: "Mən bir kişi ilə yaşaya bilmərəm"
Xalq artisti Röya Ayxan "ATV maqazin 10larla" proqramına müsahibə verib.
Open.az xəbər verir ki, sənətçi şəxsi həyatı ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib:
"Mən bir kişi ilə yaşaya bilmərəm. Soruşdular ki, yenidən ərə gedərsən? Cavab verdim ki, getmərəm. Oğlum Hüseynin 10 yaşı var. Bundan sonra bir kişi ilə evdə oturub, o desin, mən edim və ya əksinə, mən deyim, o etsin... Bu kimi şeylər ola bilməz. Artıq belə olmasını istəmirəm. Zaman-zaman flört edirəm. 20 il öncə bu sualı o biri Röyaya versəydilər, tamam başqa cür cavab alardılar. İndiki kişilərə baxıb deyirəm ki, onlardan daha çox bilirəm və daha güclüyəm". /open.az