Ruhani: "Qarabağın yenidənqurma prosesində iştirak etməyə hazırıq

Ruhani: "Qarabağın yenidənqurma prosesində iştirak etməyə hazırıqRuhani: "Qarabağın yenidənqurma prosesində iştirak etməyə hazırıq"
İran Prezidenti Həsən Ruhani rəsmi səfəri çərçivəsində Tehranda olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə görüşüb.
"Mehr" agentliyi xəbər verir ki, görüşdə Ruhani qardaş ölkə Azərbaycanla əlaqələrin çox yaxşı və İranın qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün güclü bir iradəyə sahib olduğunu bildirib.
Dağlıq Qarabağ böhranına toxunan Ruhani qeyd edib ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanla Azərbaycan arasında müharibənin bitməsindən, işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsindən və atəşkəsin əldə olunmasından məmnundur.
İran İslam Respublikasının Dağlıq Qarabağ bölgəsindəki münaqişəni dayandırmaq üçün Rusiya, Azərbaycan və Ermənistana xüsusi nümayəndə heyəti göndərdiyini xatırladan Ruhani "İki ölkə arasında atəşkəsin gücləndirilməsində və bölgədə sabitliyin təmin olunmasında konstruktiv rol oynamağa hazırıq", - deyə bildirib.
"İran Azərbaycanın işğaldan azad edilmiş bölgələrinin yenidənqurulma prosesində iştirak etməyə hazırdır".
İran-Azərbaycan sərhədlərinin iqtisadi və ticari əməkdaşlığı inkişaf etdirmək üçün istifadə olunmalı olduğunu deyən Ruhani iki ölkə arasındakı dəmir yolu layihələrinin sürətləndirilməli olduğunu da vurğulayıb.
Görüşdə Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyib:
"Biz İranı yaxşı bir dost və qonşu ölkə olaraq görürük. Azərbaycan Prezidenti və digər rəsmi şəxslər İranla yaxın münasibətləri inkişaf etdirmək üçün ciddi bir iradəyə sahibdirlər".
Ceyhun Bayramov Azərbaycan-İran sərhədlərini "dostluq və inkişaf sərhədi" olaraq xarakterizə edərək, "Bu sərhədlərin canlanmasının iki ölkə üçün yeni əməkdaşlıq layihələri yarada biləcəyinə inanırıq", - deyə bildirib. /oxu.az

Siyasi       Tarix: 09 dekabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son durum xəbər.az xeberler bu qun bu gune olan xeberler