Ruhumuzun səsi' adlı konsert proqramı təqdim olundu - FOTO

Ruhumuzun səsi' adlı konsert proqramı təqdim olundu - FOTOMayın 2-də Beynəlxalq Muğam Mərkəzində "Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu. 
Musiqili gecə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin təşkilatçılığı ilə keçirildi. 
Konsertdə tanınmış simalar, sənətkarlar və təhsil işçiləri də iştirak edirdi. 
ADMİU nəzdində Humanitar Kollecin direktoru, musiqişünas Nərmin Qaralova bildirdi ki, sözügedən təhsil müəssisəsinin yaradıcı heyəti hər zaman tematik konsert proqramları ilə izləyicilərin görüşünə gəlib.
"Bu dəfə isə tamam fərqli bir musiqili gecənin şahidi olacağıq. Çünki həmişəki tədris proqramından bir qədər kənara çıxmışıq. Çalışmışıq ki, klassik, ənənəvi və milli musiqini sintez edərək ifaçılarımızın ruhlarının dərinliklərindən gələn səsi dinləyiciyə çatdıraq. Təbii, əsas məqsədimiz isə bura gələn hər kəsin qəlbinin musiqisini ifa etməklə zala toplaşanlara daxili bir hüzur bəxş edə bilməkdi. Qoy, bu gecə ifa edilən nəğmələr bizi dünəndə qalanlardan, gündəlik qayğılardan, rəqəmsal dünyadan bir saatlıq da olsa uzaqlaşdırıb, mənən təmizləsin və öz-özümüzlə baş-başa qalmağımıza yardımçı olsun. Bir sözlə, bu axşam ruhumuzun səsini birlikdə dinləyək." 
Tədbirdə kollecin müəllim və tələbələrinin ifasında "Bu dünya", "Mən sənin yanına qışda gələrdim", "Məhəbbət", "Etməzmidim", "Sən uzaq yaşıl ada", "İncə bellim", "Məhəbbət", "Bura Vətəndir", "You are the reason", "Almost is never enough", "Flamenco" və s. kimi Azərbaycan və xarici bəstəkarların seçilmiş əsərləri, ənənəvi musiqi səsləndirildi.
 Musiqiçilər tamaşaçılara müxtəlif musiqi alətlərinin qarışığından ibarət mükəmməl improvizələr təqdim etdilər. 
Layihə çərçivəsində həm də ADMİU nəzdində Humanitar Kollecin "Dekorativ - tətbiqi incəsənət" və "Təsviri sənət" fakültəsinin tələblərinin yaradıcı işlərindən ibarət sərgi nümayiş olundu. 
Qeyd edək ki, Humanitar Kollec 86 ildir fəaliyyət göstərir və ölkəmizə ziyalılar, sənət dünyasına tanınmış simalar - Respublikanın əməkdar və xalq artistlərini - bəxş edib.
Ruhumuzun səsi' adlı konsert proqramı təqdim olundu - FOTORuhumuzun səsi' adlı konsert proqramı təqdim olundu - FOTORuhumuzun səsi' adlı konsert proqramı təqdim olundu - FOTORuhumuzun səsi' adlı konsert proqramı təqdim olundu - FOTORuhumuzun səsi' adlı konsert proqramı təqdim olundu - FOTORuhumuzun səsi' adlı konsert proqramı təqdim olundu - FOTORuhumuzun səsi' adlı konsert proqramı təqdim olundu - FOTO/ azxeber.com

Şou Biznes       Tarix: 03 may 2024
f Paylaş

Oxşar xəbərlər

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR

Özünəməxsusluğu ilə fərqlənən gənc və sevilən  müğənni Zəminə Rəhimova növbəti dəfə tərzi ilə göz oxşayıb. xəbər verir ki, sənətçi milli motivlərlə müasir dəbin sintezindən ibarət yeni fotosessiyasını təqdim edib. Son illərd

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /


azerbaycan xeberleri son xeberler yeni xeberler hava haqqinda sonxabar son.xeber son xəbərlər