Rus işğalçıları Ukraynada çətin vəziyyətə düşüb - Trüdo
Rusiya işğalçı qoşunları Ukraynada çətin vəziyyətə düşüblər.
KONKRET.az xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
"İndi belə bir təəssürat var ki, Rusiya ordusu Ukraynada çətin vəziyyətə düşüb və bu müharibədə ukraynalılar daha böyük təsirə malikdirlər. Biz əmin olmalıyıq ki, onların Rusiya işğalına möhkəm müqavimət göstərmək üçün bütün vasitələri var", – deyə Trüdo deyib.
O vurğulayıb ki, prezident Volodimir Zelenski davamlı olaraq beynəlxalq ictimaiyyətə Ukraynanın nəyə ehtiyacı olduğunu çatdırır.
"Biz NATO alyansı və ayrı-ayrı ölkələr olaraq ukraynalılara lazımi yardımı göstərmək üçün mümkün olan hər şeyi etməliyik", – deyə Kanada hökumətinin başçısı bildirib.
Qeyd edək ki, bu həftə Trüdo Belçikada bir neçə günlük səfərdə olub, burada NATO sammitində iştirak edib və Avropa liderləri ilə görüşlər keçirib, Ukraynaya gələcək yardımları müzakirə edib.
Sevinc Paşayeva,
KONKRET.az

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti