Rus rublu dollar qarşısında dəyər itirir - Bəs manatı nələr gözləyir?

Rus rublu dollar qarşısında dəyər itirir - Bəs manatı nələr gözləyir?Rusiyada dolların 80 rubl həddini keçməsi və rublun dəyər itirməsi region ölkələrinin iqtisadiyyatına mümkün təsirləri yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiya ilə iqtisadi əlaqələr, Rusiyada çalışan azərbaycanlıların ölkəyə göndərdiyi pul köçürmələri və manatın məzənnə sabitliyi baxımından bu prosesin nəticələri diqqət mərkəzindədir. Bəs rublun zəifləməsi Azərbaycan iqtisadiyyatı üçün daha çox risk, yoxsa yeni imkanlar yarada bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, Rusiya valyutasının dəyər itirməsinin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur.
Rus rublu dollar qarşısında dəyər itirir - Bəs manatı nələr gözləyir?Onun sözlərinə görə, müsbət tərəflərdən biri Rusiyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olması ilə bağlıdır.
"Xüsusilə ərzaq məhsulları, tikinti materialları, dərman preparatları və buğda kimi məhsullar Azərbaycana əsasən Rusiyadan idxal olunur. Rublun dəyər itirməsi nəticə etibarilə bu məhsulların qiymətinin ucuzlaşmasına səbəb olur. Çünki Azərbaycan və Rusiya arasında ikitərəfli ticarətdə məhsulların qiymətləndirilməsi əsasən dollar ekvivalentinə görə deyil, rubl-manat məzənnəsinə əsasən aparılır. Bu baxımdan rublun ucuzlaşması və manatın nisbətən güclənməsi Azərbaycanın xeyrinə hesab oluna bilər", – deyə iqtisadçı qeyd edib.
Ekspert bildirib ki, bu tendensiya daxili bazarda bəzi məhsulların qiymətlərinə də təsir göstərəcək. Onun fikrincə, ərzaq məhsulları, tikinti materialları və bəzi dərman preparatlarının qiymətlərində müəyyən ucuzlaşma müşahidə oluna bilər.
R.Abbasbəyli eyni zamanda rublun ucuzlaşmasının mənfi tərəflərinə də diqqət çəkib. O, qeyd edib ki, hər il Rusiyadan Azərbaycana böyük həcmdə pul köçürmələri daxil olur və bu vəsaitlərin böyük hissəsi Rusiyada çalışan azərbaycanlılar tərəfindən göndərilir. Rublun manat qarşısında dəyər itirməsi həmin vəsaitlərin real dəyərini azaldır.
"Rublun ucuzlaşması nəticəsində Rusiyadan Azərbaycana daxil olan pul köçürmələrinin həcmi də azalır. Son iki ildə rublun dəyər itirməsi fonunda Rusiyadan ölkəmizə göndərilən vəsaitlərin həcmi 1,5 dəfədən çox azalıb. Bu isə xüsusilə həmin vəsaitlər hesabına yaşayan ailələrin sosial vəziyyətinə mənfi təsir göstərə bilər", – deyə o, vurğulayıb.
İqtisadçı əlavə edib ki, Rusiyada yaşayan azərbaycanlıların ölkədə daşınmaz əmlak bazarında da müəyyən payı var. Onun sözlərinə görə, uzun müddət Rusiyadan göndərilən vəsaitlər hesabına Azərbaycanda mənzillər və digər daşınmaz əmlaklar alınırdı.
"Rublun dəyər itirməsi bu prosesə də təsirsiz ötüşmür. Nəticədə Rusiyadan gələn vəsaitlərin azalması daşınmaz əmlak bazarında müəyyən durğunluğa və ticarət dövriyyəsinin zəifləməsinə səbəb olacaq", – deyə ekspert qeyd edib.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 11 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Azərbaycanda toy ənənəsi dəyişir - Bahalı müğənnilər toylara dəvət olunmur…

Toyların sayında müşahidə olunan kəskin azalma toy sənayesini yeni reallıqlarla üz-üzə qoyub. Hazırda şadlıq sarayları, musiqiçilər, gəlinlik salonları, fotoqraflar maliyyə böhranı ilə üz-üzədirlər. Şadlıq sarayları böhranda

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Küləkli hava ilə bağlı - Xəbərdarlıq

Avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. "Qafqazinfo" ya istinadən xəbər verir ki, bu haqda Mill

Magistraturaların boş qalan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olundu

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olunub. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bakalavrlar müsabiqənin nəticələri haqqınd

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber.az son.xeberler son xeberler bugun meherremlik 2026