"Rusiya ABŞ-a kiberhücumlar təşkil edə bilər, Bayden manipulyasiya etmir" - ÖZƏL
Bu günlərdə ABŞ Prezidenti Co Bayden bildirib ki, Rusiya iqtisadi sanksiyalara cavab olaraq ABŞ-ın kritik infrastrukturlarına kiberhücum edə bilər. ABŞ Prezidenti bu fikirləri administrasiya kəşfiyyat məlumatlarına əsaslanaraq söylədiyini bildirib. O, hücumları dəf etmək, qarşısını almaq və lazım gələrsə, cavab vermək üçün əllərində olan hər vasitədən istifadə edəcəklərini açıqlayıb.
Bəs görəsən, ABŞ Prezidenti kritik infrastrukturlar dedikdə nəyi nəzərdə tutur? Rusiya, həqiqətən də, ABŞ-a kiberhücumlar təşkil edə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Araz Aslanlı bildirib ki, son 15 ildə kiberhücumlar daha da aktuallaşıb:
"Müxtəlif dövlətlərin xüsusi xidmət orqanları, müdafiə nazirlikləri daxilində kiberhücumlarla bağlı xüsusi qrupların olduğu bildirilir. Bu məsələ barədə bütün dövlətlər bir-birinə iddia irəli sürə bilər. Uzun müddət Qərb mətbuatında Rusiya və Çində xüsusi kiberorduların qurulması risk amili kimi tənqid olunub. İndi Ukrayna gərginliyi fonunda Qərblə Rusiya, xüsusilə, ABŞ-la Rusiya münasibətlərinin kuliminasiya nöqtəsinə çatması bütün sahələrdə qarşılıqlı hücumların olması ehtimalını artırır. Çünki bu şəraitdə kiberhücumlar kifayət qədər aktual və realdır".
Politoloqun fikrincə, Baydenin söylədikləri sadəcə manipulyasiya deyil, reallıqdır:
"İstənilən dövlət üçün kritik infrastruktur dedikdə hərbi, siyasi və maliyyə sahəsi nəzərdə tutulur. Bayden kritik infrastruktur dedikdə Müdafiə Nazirliyi, Təhülkəsizlik Xidməti, Xarici Kəşfiyyat İdarəsi, həmçinin Ağ Ev də daxil olmaqla dövlət strukturlarını, məxfi məlumatları idarəetmə sistemlərini nəzərdə tutur. İndiki halda kiçik kiberhücumların olduğu məlumdur. ABŞ-da son prezident seçkilərində manipulativ xarakterli hücumların olduğu iddia edilmişdi. Lakin Baydenin nəzərdə tutduğu son dövrə qədərki təsadüfi xarakterli hücumlar deyil. O, dövlət təşkilatlarına və özəl sektora daha güclü və kütləvi xarakterli hücumlardan danışır. Bayden ABŞ-ın hərbi, iqtisadi, siyasi, enerji sektorunda hansısa prosesə zərər vura, yaxud dayandıra biləcək hücumları nəzərdə tutur. Məsələn, enerji sektoruna edilən kiçik bir müdaxilə ilə gündəlik həyatda birbaşa hiss oluna biləcək hücumlardan söhbət gedir. Digər kiçik hücumlar illərdir müxtəlif formalarda davam etdirilir. Baydenin söylədikləri informasiya müharibəsi və ya propaqanda deyil. İllərdir bu kiberordular mövcuddur və hücum iddiaları, ittihamları hər zaman olub. İndi ikitərəfli münasibətlərdə gərginlik o həddə çatıb ki, bu hücumların total və dağıdıcı olma ehtimalı daha yüksəkdir. ABŞ kimi fövqəldövlətin liderinin belə iddia səsləndirməsi sadəcə manipulyasiya deyil, reallıqdır".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti