Rusiya artıq Paşinyandan izahat deyil, qərar gözləyir
Ermənistan Dövlət Gəlirləri Komitəsinin sabiq sədri, "Birlik qanadları" siyasi qüvvəsinin təmsilçisi David Ananyan Vladimir Putinlə Nikol Paşinyanın Bişkekdəki görüşünün nəticələri və Rusiyanın gələcək addımları barədə şərh verib.
KONKRET.azxəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Ananyanın fikrincə, Paşinyanın Moskvaya dəvəti adi diplomatik dəvət deyil, daha çox ultimatum xarakteri daşıyır – əgər o, Moskvaya səfər edəcəksə, Bişkek gündəliyindən fərqli konkret gündəliklə getməlidir.
Sabiq məmur qeyd edib ki, Paşinyan uzun müddətdir davam etdirdiyi "həm Avropa İnteqrasiyası, həm də Aİİ imkanları" siyasətini qoruyub saxlamağa çalışsa da, Moskva tərəfindən seçimin edilməli olduğu barədə açıq siqnal alıb. Putinin məsələni referendum vasitəsilə xalqın həll etməsini təklif etməsi də məhz bu məqsədi güdür.
Ananyanın sözlərinə görə, Rusiya artıq Paşinyandan izahat deyil, yekun qərar gözləyir:
"Əgər İrəvanın təqdim edəcəyi yeni gündəliyi yoxdursa və eyni tezislər təkrarlanacaqsa, Moskva səfərinin təxirə salınması ehtimalı yüksəkdir".
Rəsmiyyə Şərifova,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun