Rusiya aviaşirkətinə Füzuliyə uçuşa icazə verildi
Rusiya aviaşirkətinə Füzuliyə uçuşa icazə verildi
Rusiyanın "Rosaviasiya" Federal Hava Nəqliyyatı Agentliyi üç aviaşirkətə Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycana 7 reys həyata keçirməyə icazə verib.
"Azur Air", "Severnıy Veter", "İrAero" aviaşirkətlərinə Azərbaycana uçuşlara icazə verilməsi qərara alınıb.
Federal Hava Nəqliyyatı Agentliyinin qərarı ilə "İrAero" aviaşirkəti həftədə iki dəfə olmaqla Moskva-Füzuli və Moskva-Zaqatala reyslərinin yerinə yetirilməsinə icazə alıb.
Bundan əlavə, "Azur Air" Rusiyanın dörd şəhərindən - Samara, Rostov-na-Donu, Krasnodar, Kazan şəhərlərinin hər biri həftədə iki dəfə olmaqla Bakıya uçuşlar həyata keçirə bilmək, "Severnıy Veter" aviaşirkəti isə həftədə yeddi dəfə olmaqla Soçi-Bakı reysini yerinə yetirmək hüququ əldə edib.
Qeyd edək ki, oktyabrın 15-də Azərbaycanın Baş naziri Əli Əsədov Füzuli şəhərinin hava limanına beynəlxalq statusun verilməsi haqqında qərar imzalayıb. Oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə hava limanının rəsmi açılışı olub.
Mənbə: Sputnik Azərbaycan /oxu.az

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir