Rusiya Azərbaycanın 28 il əvvəlki bəyanatını pozdu – Xəzərdə nə baş verir?

Rusiya Azərbaycanın 28 il əvvəlki bəyanatını pozdu – Xəzərdə nə baş verir?Rusiyanın Hərbi Dəniz Qüvvələri Sakit okean, Şimal Buzlu okean, eləcə də Aralıq, Xəzər və Baltik dənizlərində "Okean-2024" planlı strateji hərbi təlimlərinə başlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Təlimlərin əsas məqsədinin Hərbi Dəniz Qüvvələrinin yüksək dəqiqlikli silahlardan və digər silah nümunələrindən istifadə hazırlığını yoxlamaqdan ibarət olduğu deyilir.
Rusiyanın Xəzər dənizi də daxil olmaqla, beş istiqamətdə hərbi təlimlərə başlamasının əsas məqsədi nədir?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanın bu hərbi təlimi Qərbə qarşı əzələ nümayişidir:
"Beynəlxalq müstəvidə öz mövqeyini qorumağa çalışır. Ukrayna müharibəsi fonunda Rusiyanın 5 istiqamətdə hərbi təlim keçirməsi hərbi qüdrətinin inkişaf etdiyini, geri çəkilməyəcəyini göstərməkdir. Kurskda gedən müharibədə Qərb Ukraynaya ciddi dəstək verir. Rusiyanın zəiflədilməsinə çalışırlar".
Politoloqun sözünə görə, Rusiya Xəzər dənizini hərbiləşdirməyə, beynəlxalq rəqabət arealına çevirməyə çalışır:
"Xəzərdə bu kimi təlimlərin keçirilməsi yolverilməzdir. Xəzərin hərbisizləşdirilməsi üçün danışıqlar aparılıb və razılıq əldə edilib. Amma Rusiya bu razılığı pozmağa çalışır. Sözügedən təlim region üçün böyük təhlükə daşıyır".
Xatırdaq ki, 16 sentyabr 1996-cı il tarixində Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyev və Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Bakı şəhərində Xəzər dənizinin hüquqi statusu, dənizin mineral və bioloji ehtiyatlarının kəşfiyyatı, işlənməsi və istifadə edilməsində xəzəryanı dövlətlərin əməkdaşlığına dair məsələləri müzakirə edərək qarşılıqlı anlaşma əldə ediblər. Razılaşmaya əsasən, tərəflər Xəzər dənizində sahilyanı dövlətlərin fəaliyyətinin Xəzərin hərbisizləşdirilməsi, onun müstəsna olaraq sülh məqsədləri ilə istifadə edilməsi kimi bir neçə istiqamət üzrə razılığa gəliblər.

Siyasi       Tarix: 11 sentyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur


yeni xeberler azerbaycan xeberleri son xeberler xabarlar xeberler bugünki xəbərlər bu gune olan xeberler