"Rusiya Azərbaycanın tələbi qarşısında geri çəkildi" - AÇIQLAMA
"Qondarma rejim son çırpıntılarını yaşayır. Onların Azərbaycanın qoyduğu tələbi qəbul etməkdən başqa çıxış yolları qalmadı".
Bu sözləri KONKRET.az-a açıqlamasında politoloq Tural Əliyev vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın əvvəlcədən tələb kimi irəli sürdüyü şərtlər qüvvədə qaldı:
"Qondarma rejim nümayəndələri, həmçinin Ermənistan və onların arxasında dayanan qüvvələr anladılar ki, Ağdam-Xankəndi yolundan istifadə edilməsi təklifi Azərbaycanın suveren hüquqları çərçivəsində təklif etdiyi məsələnin həlli yoludur. Başqa alternativ yoxdur.
İkincisi, Azərbaycan Ağdam-Xankəndi yolunu təklif edəndə onlar müqavimət göstərməyə başladılar. İnanırdılar ki, BMT TŞ-nin iclasında, eləcə də Qərb dövlətlərinin təzyiqi nəticəsində Azərbaycan geri çəkiləcək və yüklər Laçın istiqamətindən Qarabağa daxil olacaq. Ancaq bu, baş vermədi.
Həmçinin qondarma rejim daxilində parçalanmalar, orada yaşayan erməni sakinlərin rejimə qarşı inamsızlığı prosesi sürətləndirdi. Onlar Rusiya sülhməramlılarına da arxayın idilər. Ancaq Rusiya da tələbin qarşısında geri çəkildi".
Vəli Həsənov,
KONKRET. az
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ