Rusiya Belarus sərhədindən Azərbaycana aid yük maşınlarını buraxmır - VİDEO
Azərbaycana məxsus bir neçə yük maşını Rusiya ilə Belarusun arasındakı sərhəddə, daha dəqiq desək, Bryansk vilayətində heç bir əsas olmadan saxlanılıb.
Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan məlumatda qeyd edilib.
Belə ki, azərbaycanlı TIR sürücülərindən biri bildirir ki, artıq bir neçə gündür, həmin sərhəddə saxlanılıblar:
"Bryansk vilayətində bir neçə maşını saxlayıblar. Ruslar acığa düşüblər və məhz Azərbaycana məxsus yük maşınlarını üçüncü ölkəyə - Belarusa buraxmırlar. Rus sərhədçilər sənədlərimizi alıblar. Nə üçün üçüncü ölkəyə buraxmadıqlarını soruşsaq da, bizə cavab vermirlər. Sənədlərimizi də qaytarmırlar ki, geri qayıdaq. Qeyd edim ki, bizim bütün sənədlərimiz qaydasındadır.
Bizi hansı səbəbdən incitdikləri bəllidir. Bu videonu paylaşıram ki, Azərbaycanın aidiyyəti qurumları bilsinlər ki, Xankəndi yolunda baş verən məsələyə görə sevimli rus qonşularımız bizi burada incidirlər. Biz deyəndə ki hər zaman bu sərhədi keçib getmişik, deyirlər ki, xeyr, siz bu sərhəddən yük ilə keçə bilərsiniz, boş gedə bilməzsiniz". / azxeber.com

Formula-1: ikinci sərbəst yürüş başladı
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı