Rusiya bizi buna görə günahlandıra bilməz - Akar
Rusiya Federasiyası ilə Ukrayna arasındakı böhranın sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun və Ukraynanın ərazi bütövlüyünə hörmət çərçivəsində, bütün növ beynəlxalq platformalarda həll edilməli olduğunu vurğulayırıq.
KONKRET.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
"Ölkəmiz Rusiya Federasiyası, Ukrayna və müttəfiq ölkələrlə bir çox sahələrdə olduğu kimi müdafiə sənayesi sahəsində də müxtəlif əməkdaşlıq fəaliyyətləri həyata keçirir. Onlardan biri də Ukraynaya satılan PUA-lardır.
Ukraynanın bu sistemlərin tədarükü və istifadəsi öz ixtiyarındadır. Ona görə də Türkiyəni ixrac etdiyi bu sistemlərə görə günahlandırmaq olmaz. Onu da qeyd edək ki, Ukrayna NATO-nun "Genişləndirilmiş İmkanlar Tərəfdaşlığı" ölkəsidir. Bu kontekstdə Ukraynanın müdafiə qabiliyyətinin artırılması "NATO-nun Fərdi Tərəfdaşlıq Ölkə Planı"nın bəndlərindən birini təşkil edir. Türkiyə NATO ölkəsi olaraq ikitərəfli və NATO çərçivəsində Ukraynanın müdafiə qabiliyyətinin artırılmasına töhfə verir", – Akar bildirib.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı