Rusiya FSB Əli Kərimliyə ismarış göndəribmiş – Seymur Həzidən şok açıqlamalar
AXCP sədri Əli Kərimli həbs edildikdən sonra ortaya maraqlı məqamlar çıxıb. Onun Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanması, qurumda dindirilməsi müxtəlif reaksiyalar doğurub.
Globalinfo.az xəbər verir ki, hadisə AXCP daxilində də ciddi müzakirələr yaradıb. Partiya yetkililəri liderlərinin saxlanmasına, onun Ramiz Mehdiyev işi ilə əlaqələndirilməsinə etiraz edirlər. Bunun belə olmadığını əsaslandırmağa çalışırlar. AXCP-nin Avropada məskunlaşan "danışan dilləri" – Qənimət Zahid və Natiq Ədilov sosial media üzərindən Əli Kərimlinin qanunsuz yerə saxlandığını iddia edirlər. Həmçinin proqramlarına ekspert qismində Avropada mühacirətdə olan bir sıra azərbaycanlı siyasiləri çıxarırlar.
AXCP-nin Bakıdakı funksionerləri də boş dayanmır. Onlar da sədrlərini bu və başqa formada müdafiə edirlər. Həm xaricdəkilər, həm də Bakıdakılar əsas diqqəti Kərimli-Mehdiyev gizli ittifaqının yalan olduğuna yönəldirlər.
Belə çıxış edənlərdən biri də AXCP sədrinin müavini Seymur Həzidir. O, ötən gün gecə saatlarında Meydan TV-ə müsahibəsində olduqca maraqlı, həm də sensasion sayılacaq açıqlama verib. Seymur Həzi AXCP üzvlərinin saxlanması haqda aparıcının suallarına cavab verərkən bilərəkdən, ya da bilməyərəkdən şok sayılan ifadələr işlədib. Onun bu sözləri bir çoxları tərəfindən AXCP-nin Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsinin olması kimi yozulur, şərh edilir.
S.Həzi nə deyib? AXCP funksioneri cəbhəçilərin saxlanması haqda danışarkən Saleh Rüstəmlidən də bəhs edib. Deyib, o, partiyanın rəsmi üzvü deyil.
Burda bir xatırlatma verək ki, S.Rüstəmli Elçibəy iqtidarı dövründə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Uzun illər Rusiyada yaşayıb. Orada ticarətlə məşğul olub. O, bir neçə il öncə Bakıya gələndə saxlanılıb. Həmin vaxt deyilirdi ki, S.Rüstəmli Rusiyadan Əli Kərimliyə maddi dəstək göndərdiyi üçün hakimiyyətin qəzəbinə gəlib. Sonralar o, azadlığa buraxıldı. Rusiyaya qayıtdı. İndi isə məlum olub ki, Saleh Rüstəmli Azərbaycandadır. Əli Kərimlinin saxlanmasından sonra onun da saxlanıldığı deyilir.
Seymur Həzi S.Rüstəmlinin Azərbaycanda olmasını belə şərh edib ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX-FSB) onu rahat buraxmayıb. Seymurun iddiasına görə, FTX vaxtaşırı Salehi çağırıb ondan tələb edirmiş ki, Əli Kərimliyə çatdırsın, Ukraynanı müdafiə etməkdən əl çəksin. Bu təzyiqlərə dözməyən Saleh Rüstəmli Azərbaycana dönməyə məcbur olub.
Deməli, AXCP-nin və Əli Kərimlinin Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsinə dair deyilənlərin müəyyən əsası var. Sən demə, Əli Kərimlinin ən yaxın adamı Saleh Rüstəmli FTX ilə kontaktda olub. Bu kontakt o qədər ciddi, o qədər intim şəkil alıb ki, onun vasitəsilə Əli Kərimliyə ismarış göndərə biliblər.
Yəqin istintaq bu məqamı da xüsusi olaraq araşdıracaq. O zaman gerçəklər üzə çıxacaq. / konkret.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib