Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardıVaxtilə Azərbaycanın tanınmış dövlət xadimi Vəfa Quluzadə soydaşlarımızı təcavüzkar ölkə olan Rusiyanı tərk etməyə çağırış edəndə, cəmiyyətin əksəriyyəti bu xoş niyyətli tövsiyəni anlaşılmazlıqla qarşılayırdı.
"Camaat heç olmasa orada çörək pulu qazanır", – deyən "ağıllılar" da tapılırdı.
KONKRET.az nocommentaz-a istinadən xəbər verir ki, Vəfa Quluzadə isə həmin çörəyin tezliklə"zəhrimara" çevriləcəyinə eyham vuraraq israrla azərbaycanlıları bizneslərini Rusiyadan çıxarmağa, vətənimizə, Avropaya və ya Türkiyəyə daşımağa çağırırdı. Həyat göstərdi ki, misilsiz azərbaycanlı olan Vəfa Quluzadə çox haqlı imiş.
Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardıVəfa Quluzadə
İndiki rakursdan hadisələrə nəzər salanda Moskvada azərbaycanlı biznesmen Araz Ağalarovun sahib olduğu "Krokus Siti Holl"a 22 mart 2024-cü il tarixli "tacik" hücumunun da, Azərbaycan diasporuna qarşı həyata keçirilən davamlı basqıların da təsadüfən olmadığına bir daha əmin olursan.
Bu arada isə Rusiya hakimiyyəti Azərbaycan diasporunun tanınmış liderlərinə qarşı qeyri-qanuni hərəkətlərini davam etdirir.
Budəfəki hədəf Ulyanovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri, qubernatorun müşaviri İslam Hüseynov olub. Vilayətdə fəallığı ilə fərqlənən, iki ölkə arasında münasibətlərin inkişafı naminə müxtəlif layihələr həyata keçirən diaspor lideri İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarılıb. Onun ölkədən deportasiya olunacağı gözlənilir.
Hüseynovun özü 73online nəşrinə açıqlamasında hadisəyə münasibət bildirməkdən imtina edib.
"Şərhsiz", – deyə diaspor lideri cavab verib.
Azərbaycanın qədim şəhəri Gəncədə dünyaya gələn İslam Hüseynov son 20 ildə Ulyanovskda yaşayır. 56 yaşlı həmyerlimiz 2005-ci ildən Ukyanovskdakı diaspora rəhbərlik edir.
Hüseynovun təşəbbüsü ilə Ulyanovskda müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin abidəsinin açılışı olub, onun şərəfinə meydan salınıb. Bu, Rusiyada Heydər Əliyevə ucaldılmış ilk abidə olub. Ulyanovsk şəhərindəki 78 nömrəli orta məktəbə də Heydər Əliyevin adı verilib. Diasporumuz bu addımları SSRİ rəhbərliyində çalışarkən Heydər Əliyevin qonşu dövlətin inkişafı naminə gördüyü işlərə diqqətin cəlb olunması naminə həyata keçirirdi. Diaspor lideri olaraq İslam Hüseynovun fəallıqla müxtəlif layihələri həyata keçirməsi onun 2022-ci ildə ictimai əsaslarla qubernator Aleksey Russkixin müşaviri təyin olunması ilə nəticələnmişdi. O, Azərbaycan dövlətinin "Tərəqqi", Ulyanovsk vilayəti hökumətinin "Xalqlar Dostluğu" medalları ilə təltif olunmuşdu.
Amma İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarılmış ilk diaspor lideri deyil. Artıq Rusiya paytaxtında fəaliyyət göstərmiş Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti Şurasının sədri Bəxtiyar Həsənov, Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin rəhbəri olmuş Elşad İbrahimov da Rusiya vətəndaşlığından məhrum ediliblər.
2000-ci ildən Rusiya vətəndaşı olmuş Bəxtiyar Həsənov guya "qeyri-qanuni miqrasiya, saxta mallar və etnik münaqişələrin qızışdırılması" ilə əlaqəli olub. Elşad İbrahimova qarşı bu addım guya "Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər etməsi" ilə izah edilib.
Yekaterinburqda isə diaspor rəhbəri Şahin Şıxlinski və oğlu həbsdədirlər.
Bu diaspor liderlərinin hər biri Rusiyada elm, mədəniyyət və incəsənət sahələri üzrə, eləcə də Azərbaycanın tarixi günlərinə həsr olunmuş müxtəlif layihələr, o cümlədən xeyriyyə tədbirləri həyata keçirirdi. Onların tədbirlərində daim yerli idarəetmə orqanlarının yüksək vəzifəli rəsmiləri iştirak edirdilər.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin vurulmasından sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər kəskin şəkildə pisləşdi. Təyyarədə olan 67 nəfərdən 39-u, o cümlədən 16 rusiyalıdan yeddisi həlak oldu. Bakı Rusiyadan üzr istənilməsini, bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını və təzminat ödənilməsini tələb etdi.
Münasibətlərdə yaranmış gərginlik fonunda Rusiya tərəfi üzr istəməkdənsə, Azərbaycan diasporuna qarşı misli görünməmiş hücuma keçdi.
Rusiya hüquq-mühafizə orqanlarının qəfildən yadına Yekaterinburqda 2001 – 2011-ci illər arasında törədilmiş bir sıra qətllər və adam öldürməyə cəhd məsələsi düşdü. Bu ilin yayında Yekaterinburqda azərbaycanlılara qarşı dəhşətli cinayət törədildi. İstintaq guya bu məsələdə ittiham olunan azərbaycanlı Səfərov qardaşlarına və digər soydaşlarımıza qarşı xüsusi vəhşiliklə əməliyyat keçirdilər. Qardaşlar həbs zamanı ağır işgəncələrə məruz qaldıqlarından dünyalarını dəyişdilər. İstintaq Komitəsi onlardan birinin ürək çatışmazlığından vəfat etdiyini desə də, Azərbaycan tərəfi bu faktlarla razılaşmadı, vətəndaşlarının öldürülməsi və işgəncələrə məruz qalması ilə bağlı cinayət işi açdı. Prezident İlham Əliyev bunu Azərbaycan xalqına qarşı "misli-görünməmiş akt" adlandırdı.
Azərbaycan dövləti, təbii ki, soydaşlarımıza qarşı törədilmiş cinayətlərə qarşı səssiz qalmadı. Bakıdakı "Russki dom" qapadıldı, "Sputnik Azərbaycan"ın əməkdaşları və Bakıda olan səkkiz rusiyalı həbs edildi. Onlar casusluqda, narkotik alveri və kiber fırıldaqçılıqda ittiham olundular.
Yalnız ötən həftə Düşənbə cammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşü zamanı Rusiya prezidenti Vladimir Putin istintaqın nəticələri barədə məlumat verərək, həlak olanların ailələrinə bir daha başsağlığını ifadə etdi, eləcə də bu məsələdə məsuliyyət daşıyanların haqqında hüququ addımlar atılacağını və zərəçəkənlərə təzminatın ödəniləcəyini bildirdi.
Bu görüşdən sonra "Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx Bakıdakı həbsi ev dustaqlığı ilə əvəz olundu. Rusiya tərəfi analoji addımı Moskva Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayevə münasibətdə atdı.
Lakin bütün bunlardan sonra İslam Hüseynovun Rusiya vətəndaşlığından çıxarılması Rusiyada diasporumuza qarşı münasibətin dəyişmədiyindən xəbər verir.
Bu addımın "Rusiyanın adamı" sayılan Ramiz Mehdiyevin həbsi fonunda baş verməsi olduqca düşündürücüdür. Rusiya, sən necə də cılızsanmış!

Siyasi       Tarix: 16 oktyabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatdı

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfəri başa çatıb. xəbər verir ki, səfərin ikinci günündə diplomatik korpusun nümayəndələri Ağdərə rayonunun Vəngl

"Polşa dövlətçiliyi iki-üç günə yox olacaq" - Rusiya hədə-qorxu gəldi

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya prezidenti Vladimir Putinin Moskvanın Avropa ilə müharibə aparmaq üçün heç bir əsasının olmadığı barədə sözlərinə qulaq asmır. KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqa

Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanın revanşist dairələrində verilən reaksiyalar qəbuledilməz və təəssüf doğurucudur. Ermənistan cəmiyyətind

Ərdoğan Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 15 Sentyabr – Bakının azad edilməsinin ildönümü ilə bağlı təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin X səhifəsində qeyd olunub. "Dost və qardaş Azərbaycanı

Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərinin yekunlarına dair paylaşım edib. Hakan Fidan qeyd edib ki, Türkiyə və Azərbaycan bölgədə sabitliyin təmin olunmasında mühüm rol oynayan iki ölkədir. "Qarda

Zelenskidən KRİTİK TƏKLİF: "Rusiya bu addımı atsa..."

Ukrayna qarşılıqlı addım atılacağı təqdirdə Rusiyanın kritik infrastruktur obyektlərinə zərbələr endirməməyə hazırdır. xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb

Senator: "ABŞ sanksiyaları qlobal dedollarizasiyanı sürətləndirib"

ABŞ və müttəfiqlərinin sanksiyaları qlobal dedollarizasiya prosesini sürətləndirib. KONKRET.azxəbər verir ki, bu barədə Federasiya Şurasının Büdcə və Maliyyə Bazarları Komitəsi sədrinin birinci müavini Aleksandr Şenderyuk-Jidko

140-dan çox ölkədən 2700-ə yaxın nümayəndə Bakıda bir araya gəldi - Bu məsələlər müzakirə edildi

7-11 sentyabrda Azərbaycanın ev sahibliyi və təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCC) dördüncü İqlim Həftəsi və paralel olaraq Bak


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbərlər 2026 xeber.az son xeber.az cəbhədən son dəqiqə