Rusiya MN-i: "Sülhməramlı əməliyyatlar aparılan rayonda hərbi polis bölmələri də olacaq
Rusiya MN-i: "Sülhməramlı əməliyyatlar aparılan rayonda hərbi polis bölmələri də olacaq"
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi Sergey Rudskoy bildirib ki, Rusiya hərbi polis bölmələri Dağlıq Qarabağa göndərilən sülhməramlı kontingentə daxildir.
Bu barədə "RİA Novosti" xəbər verir.
"Sülhməramlı əməliyyatlar aparılan rayonda eyni zamanda sülhməramlı kontingentin bir hissəsi olan hərbi polis bölmələri də tapşırıqları yerinə yetirəcəklər. Onlar təmas xətti boyunca patrul xidməti, konvoyları və yükləri müşayiət etməkdə cavabdehdirlər", - deyə Rudskoy bu gün keçirdiyi brifinqdə açıqlayıb.
"Silahlı qarşıdurmalarda əməliyyatı idarə etmək üçün qoşunlara rəhbərlik etməkdə böyük təcrübəyə malik zabitlərin də daxil olduğu sülhməramlı qüvvələrin komandanığı yaradılıb", - o əlavə edib. /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."