Rusiya ordusu Ukraynada niyə məğlub olur? – ŞOK FAKTLAR

Rusiya ordusu Ukraynada niyə məğlub olur? – ŞOK FAKTLAR"Rusiya ordusu silah və canlı qüvvə sayından başqa qalan bütün parametrlər üzrə öz rəqibindən – Ukraynadan daha zəifdir, odur ki, onun məğlubiyyəti də qaçılmazdır".
KONKRET.az xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.
Ekspert Rusiya-Ukrayna müharibəsi ətrafındakı son gəlişmələrə diqqət çəkib:
"Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesablamalarına əsasən, Rusiyanın Ukrayanaya hücum etmək üçün əməliyyatlara cəlb etdiyi hərbi qüvvənin sayı 280 min, Ukraynanın isə ordu (170 min) və ehtiyatda olan hərbi qulluqçularla birgə (40 min nəfər) birlikdə müdafiəyə cəlb etdiyi hərbçilərin sayı 210 min nəfərdir.
Xatırladım ki, 280 min sayının maksimum 70% qədəri sırf döyüş tapşırıqları yerinə yetirən hərbi birləşmələrə, qalan 30% isə ordunun kəşfiyyat, təhcizat, təminat və digər xidmətlərinə aiddir. Başqa sözlə, bu, o deməkdir ki, real döyüşlər üçün nəzərdə tutulan hərbçi sayı 200 min hərbçidən az olub.
Ağır silahların sayı isə müvafiq olaraq belədir:
"T-64" tankları: Rusiya – 2.000, Ukrayna – 74;
"T-72" tankları: Rusiya – 9.950; Ukrayna – 3.666.
Rəqəmlər müharibəyə cəlb olunmuş tankların yox, ümumiyyətlə ordularda olan tankların sayıdır. Rusiyanın Ukraynaya qarşı təcavüzdə istifadə etdiyi tankların ümumi sayı isə 1.200-ə yaxındır.
Ukraynaya hücuma cəlb olunmuş təyyarə və helikopterlərlə bağlı rəqəmlər yoxdur, çünki onların demək olar ki, hamısı Rusiya ərazisindən qalxaraq Ukrayna ərazisinə zərbələr endirirlər.
Ukraynaya hücum ərəfəsində onun sərhədləri yaxınlığında toplanmış Rusiya hərbçilərinin ümumi sayı 190.000-210.000 olub".
Ərəstun Oruclu qeyd edib ki, Ukraynaya qarşı "ildırımsürətli müharibə" ("Blitzkrieg") planlaşdıran Rusiya hərbi strateqlərinin bütün hesablamaları ya xəyallardan ibarət olub, ya da onlar bilərəkdən sabotaj ediblər:
"Yəni bütün digər amillər bir yana, bu sayda ordu ilə Ukrayna boyda ərazidə qısa müddətdə uğur qazana bilmək heç təxəyyül məhsulu da ola bilməzdi. Təkcə ətraf şəhərləri ilə birlikdə Kiyevin mühasirəsi üçün azı 100 minədək hərbçi lazımdır.
Rusiya ordusunun əksər silahlarının öz əsrini başa vurmuş texnika olduğunu da nəzərə aldıqda müharibə ərəfəsində vəziyyətin ilk baxışdan göründüyündən daha da qəliz olduğu anlaşılır. Amma məsələ bununla da bitmir. Üç-dörd ay ərzində soyuq hava şəraitində poliqon şəraitində saxlanılmış Rusiya ordusu hərbçilərinin təkcə məişət şəraiti deyil, adicə ərzaq təminatı da acınacaqlı vəziyyətdə olub ki, bu da özünü elə ilk günlərdən ordunun döyüş qabiliyyətində göstərməyə bilməzdi.
Belə təəssürat yaranır ki, sanki Rusiya ordusunun komandanlığı tabeliyində olan ordu hissələrinin məğlub olması üçün əlindən gələni edib. Bu cür "idarəçilik" işğalçı ordunun Ukrayna dövlətinin ərazisində irəlilədikcə də davam edib. Xüsusilə də ordu hissələrinin logistik təminatı sahəsində.
İlkin təhlillər onu göstərir ki, ordunun təkcə döyüş taktikası deyil, onun təhcizatı da yarıtmaz olub. Belə ki, artıq müharibənin üçüncü günü Ukrayna ordusunun müqavimət taktikası məlum idi və bu, ölkənin daxilinə doğru irəliləyən işğalçının böyük hərbi birləşmələrini mühasirəyə salaraq məhv etməkdən ibarətdir. Mobil qruplarla fəaliyyət göstərən Ukrayna ordusunun bütün hissələri vahid mərkəzdən və Rusiya ordusundan dəfələrlə effektiv idarə olunurdu. Onların ilkin vəzifələrindən biri irəliləyən düşmənin ardınca gələn təhcizatı və təminatı kəsmək idi ki, Ukrayna ordusu da bunu uğurla həyata keçirirdi.
Bu taktikanın uğurlu olması özünü əsir düşmüş Rusiya hərbçilərinin öz ailələrinə müraciətində də qabarıq göstərirdi. Ukrayna hərbi və təhlükəsizlik qüvvələrinin yaydıqları rus əsirlərin müraciət və sorğulama videolarının əksəriyyətində əsirlərin onlara verilən yeməyi acgözlüklə yedikləri görünürdü. Şübhəsiz, bunun psixoloji təsir metodu olduğunu da istisna etmək olmaz, amma istənilən halda belə görüntülər Rusiya hərbçiləri arasında və cəmiyyətdə ruh düşkünyü və psixoloji gərginlik yaratmaya bilməzdi. Bu da istənilən müharibədə məğlubiyyətə aparan yollardan biridir".
Politoloq vurğulayıb ki, Rusiya ordusunun digər ən böyük uğursuzluqlarından biri də aviasiyanın mülki obyektləri bombalaması idi:
"Mülki şəxslərin çoxsaylı qətlləri, əhalinin sığınacaqlarda əziyyət çəkməsi ukraynalılarda qəzəbi daha da artıraraq onların xalq kimi daha da səfərbər olmasına gətirib çıxardı. Bunun nəticəsində Moskvada uzaqbaşı Rusiya-Ukrayna müharibəsi kimi nəzərdə tutulan "xüsusi hərbi əməliyyat" Ukrayna xalqının işğalçı Rusiyaya qarşı savaşına çevrildi. Bu isə istənilən işğalçının məğlubiyyətinin təmin olunması üçün ən zəruri amillərdən biri və birincisidir. Bunun adı işğalçıya qarşı xalq müharibəsidir.
Bütün məlumat və nəticələrdən görünür ki, "qüdrətli" Rusiya ordusu silah və canlı qüvvə sayından başqa qalan bütün parametrlər üzrə öz rəqibindən daha zəif idi və odur ki, onun məğlubiyyəti də qaçılmaz idi".
Ərəstun Oruclu Rusiya ordusunun bu məğlubiyyətini təmin edən digər səbəblərin olduğunu da deyib.

Siyasi       Tarix: 13 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli xeberler az butun xeberler cəbhədən ən son xəbərlər