Rusiya Paşinyana qarşı hərəkətə keçir: "İrəvanın Qərbə yönəlməsinin qarşısını almağa çalışacaq

Rusiya Paşinyana qarşı hərəkətə keçir: Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendum keçirmək ideyasından imtina etdiyini açıqlayıb. Paşinyan bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı danışıb. O, Ermənistanın Aİ ilə bağlı qanunu qəbul etdiyini, lakin bunun Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinə mane olmadığını bildirib.
Görüşdə tərəflər Ermənistanın Avropaya inteqrasiyası və Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakı məsələsində fərqli mövqelər səsləndiriblər.
Politoloq Elçin Xalidbəyli azxeber.com-a açıqlamasında deyib ki, Rusiyanın Ermənistana yönəlik tələbləri kifayət qədər absurd xarakter daşıyır:
Rusiya Paşinyana qarşı hərəkətə keçir: "Putin və Paşinyan arasındakı görüşdə gündəmə gətirilən məsələlər faktiki olaraq Kremlin rəsmi İrəvana yeni təzyiq kampaniyasının başlanğıcı kimi görünür. Bu təzyiq kampaniyasında daha çox iqtisadi-ticari məsələlər üzərindən təzyiq göstəriləcəyi müşahidə olunur. Ancaq Rusiyanın Ermənistana yönəlik tələbləri kifayət qədər absurd xarakter daşıyır. Çünki hər hansı ölkə öz ərazisində hansısa məsələ ilə bağlı referendum keçirib-keçirməyəcəyini müstəqil şəkildə müəyyən etməlidir. Əgər Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı hər hansı bəyanat verməyibsə, bu, Rusiya üçün kifayət etməlidir. Ermənistan Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirirsə, bu da rəsmi İrəvanın daxili işidir".
O qeyd edib ki, Rusiya Ermənistanın Qərbə yaxınlaşmasının qarşısını almağa çalışır:
"Kremlin əsas arqumenti ondan ibarətdir ki, Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim etmək lazımdır və bu iki təşkilatda eyni vaxtda fəaliyyət göstərmək mümkün deyil. Bu, müəyyən mənada məntiqli görünə bilər. Ancaq burada problem ondan ibarətdir ki, hazırda Ermənistan bir tərəfdən Avropa İttifaqının üzvü deyil, digər tərəfdən isə Avrasiya İqtisadi İttifaqında fəaliyyət göstərir. Əgər Avropa İttifaqına üzvlük prosesi Avrasiya İqtisadi İttifaqında fəaliyyətlə bağlı problem yaradırsa, onda Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatındakı fəaliyyəti də Avrasiya İqtisadi İttifaqında fəaliyyətinə problem yaratmalıdır. Ancaq nədənsə, Kreml yalnız Avropa İttifaqı ilə bağlı məsələləri ön plana çıxarmağa çalışır. Şanxay Əməkdaşlıq Təşkilatı məsələsində isə Kreml eyni mövqeni nümayiş etdirmir. Bu da onu göstərir ki, əsas məsələ Ermənistanın Rusiyadan uzaqlaşıb Qərbə yaxınlaşmasının qarşısının alınmasıdır". 
"Ancaq indiki şəraitdə rəsmi İrəvanın öz hədəflərindən və yaxud mövqeyindən geri çəkiləcəyi o qədər də inandırıcı görünmür. Çünki bu proses artıq kifayət qədər dərinləşib. Rəsmi İrəvan Avropa İttifaqına üzvlük məsələsində konkret addımlar atmaq niyyətindədir. Digər tərəfdən, Amerika Birləşmiş Ştatları ilə iqtisadi strategiyanın təsdiqi barədə sənəd imzalanıb. Buna paralel olaraq, eyni zamanda ABŞ və Ermənistan arasında TRIPP layihəsinin reallaşdırılması ilə bağlı hüquqi sənədlər də artıq imzalanıb və layihənin icrasına başlanmaq üzrədir. Bu da o deməkdir ki, istənilən halda Ermənistan Qərbə yönəlik xarici siyasətini davam etdirmək məcburiyyətindədir və bu məsələdə Rusiyanın istədiyi mövqedən çıxış etmək imkanlarını itirib. Rusiya indiki mərhələdə Ermənistana qarşı iqtisadi-ticari faktorlar üzərindən təzyiq göstərməyə çalışacaq. Ermənistan iqtisadiyyatının çökməsi prosesi rəsmi İrəvanı öz mövqeyindən döndərmədiyi halda isə Rusiyanın hərbi faktorlar üzərindən təzyiq göstərməyə başlayacağı da qətiyyən istisna deyil",-deyə politoloq bildirib.
Şahanə Ziyad

Siyasi       Tarix: 03 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüş iştirakçılar

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezenesi son xeber cəbhədən son məlumatlar bu gune olan xeberler